Bakı Dövlət Sirki: "Kassadan satış sərf etmir, xarici artistin pulunu borc alıb ödəmişik"

"Topdansatışı ləğv edib kassa satışına keçəndə borca düşdük"

“Bakı Dövlət Sirki nümayiş olunacaq tamaşalar üçün biletləri kassadan satmır və biletlərin elan olunmazdan əvvəl topdansatışı həyata keçirilir”.

BakuCity.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında şikayətçi S.Bağırov deyib.

Onun sözlərinə görə, Bakı Dövlət Sirki biletləri satandan sonra bilet satışı barədə elan verir:

“Bilet almaq üçün getdim və təsəvvür edin ki, Bakı Dövlət Sirkinin kassasının qarşısında heç kim yox idi. Kassanın qarşısında yalnız yanvar ayının 1-nə kimi biletlərin satışı haqqında elan vurulub. Məsələn, dekabrın 28-də 15:00 üçün, 29-na 12:00 və 15:00 üçün biletlər qalmışdı. Ayın 1-i üçün isə yalnız saat 12:00-ın biletləri qalmışdı. Mən ayın 2-si üçün bilet istəyirdim. Mənə ayın 2-si üçün biletlərin satışa çıxarılmadığı bildirildi və dedilər ki, nə zaman satışa çıxarılacağı da bilinmir. Həmin zaman daha bir müştəri də gəldi. Məlum oldu ki, o da günlərlə zəng edərək sirklə əlaqə saxlasa da ona ayın 1-i üçün heç bir bilet satışı olmadığı deyilib. Növbəti günü zəng edəndə isə ayın 1-i üçün satış elan olunduğu bildirilsə də, yalnız saat 12:00-a bilet qaldığı məlum oldu, öz də 20 manata. Bu, necə olur? Hər gün zəng vurmağına baxmayaraq deyirmişlər bilet yoxdu, amma satış günü zəng edəndə deyirlər yalnız 12 üçün, özü də 20 manatlıq bilet qalıb. Bununla bağlı biz sirkin administratoru ilə görüşdük və şikayətimizi bildirdik ki, hər gün zəng edən zaman bilet satışının elan olunmadığı deyilir, amma bura gələn zaman artıq biletlərin satıldığının şahidi oluruq. Biz ən əsası biletlərin kassadan satışının niyə həyata keçirilməməsinin səbəbini soruşduq. O bizə dedi ki, biletləri kampaniyalara və şirkətlərə veririk”.

Həmçinin oxu: Bakı Dövlət Sirki niyə bu gündədir? - VİDEO

Şikayətçi qeyd edib ki, sirkin administratoru yanvarın 2-nə bilet olduğunu desə də, bunu kassada satmağın sərf etmədiyini bildirib:

“O, bizim ikimizə də istədiyimiz tarixin saatına uyğun bilet verdi. Yəni deməyim odur ki, sirk biletləri kassadan satmır. Çünki topdansatış şəkildə satması ona sərf edir. Tamam fərqli şəkildə satış həyata keçirilir. Mənimlə birlikdə bilet almağa gələn müştəri deyir ki, ayın 1-i üçün bilet satışının sabahdan başladıldığını desələr də, əslində, satışın 1 həftə öncə başladıldığı məlum olub. Buna görə də kassalarda bilet qalmır. Bununla da müştəriləri aldadırlar. Eyni zamanda yanvarın 2-si üçün biletlərin satışını kassada qoymurlar və satışın elan olunacağını deyirlər. Amma həmin biletləri artıq müxtəlif təşkilatlara paylayıblar, kassalara isə verməyiblər. Burada məqsəd nədir? Axı müştəri sirk tərəfindən biletlərin həqiqətən də təşkilatlara verilib-verilmədiyini haradan bilsin? Bəlkə, ələ verirlər? Yəni, tamamilə nizam-intizamsız bir satış həyata keçirilir”.

Bakı Dövlət Sirkinin administratoru Tapdıq Tapdıqov isə bildirilib ki, biletlər idarələrə verilir və biletlərin pulu sirkin hesabına köçürülür:

“Biz müştəriləri aldatmırıq. Müştəri 1 ay öncə satışa çıxarılan bilet üçün bu gün gəlirsə, bu, bizim günahımız deyil. Biz axı müştərinin gəlişini gözləməli deyilik. Biz ötən il xaricdən gələn artistin də pulunu borca girərək ödəmişik. Biletlərin gizli satışının həyata keçirilməsi barədə məlumatlar əsassızdır. Biletlər yalnız elan olunduqdan sonra satışa çıxarılır. Bunu da hamı bilir. Bu gün biz siyahını yazıb kassalara təhvil vermişik. Həmin siyahıda yanvarın 12-nə qədər satışa çıxarılan bütün biletlər təqdim olunub. Amma qiymətlər barədə mən heç nə deyə bilmərəm. Çünki bilet qalıbsa kassaya verilib. Əgər müştəri ayın 1-nə bilet tapa bilmirsə, 2-nə və ya 3-nə alsın. Mütləq vacib deyil ki, ayın 1-nə və ya 2-nə alsın. Mart ayında topdansatışı ləğv edib kassa satışına keçən zaman xeyli borca düşdük. Ondan sonra yenidən biletlərin topdansatışına qərar verdik. Çünki bir tamaşa üçün bir idarə kütləvi şəkildə bilet alırsa, mən bu cür müştərini necə itirim? Axı müştərilərin irad tutması ilə deyil, onlar fikirləşməlidir ki, biz də bu tamaşalara pul xərcləyirik və bu pulu çıxarmalıyıq. Biz çalışırıq ki, tamaşaçı zalında boş yer qalmasın. Biletlərin topdansatış və pərakəndə satışı qiymətində fərq yoxdur, hər iki halda eyni qiymətə satılır".

BakuCity.az

Bakı Dövlət Sirki kassa bilet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az