Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO

Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO

Digər küçələrdə də təmir gedir

Xırdalanda avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq kompleks tədbirlərin icrasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılır, zərrui olan yerlərdə yol əsasının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilir. Bundan başqa, mümkün ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi, mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir.

Prospektdə işlər “İnşaat norma və standartları”na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünə qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Analoji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində start verilib. Hazırda Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin asfaltlanması işləri görülür.

Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-1 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-2 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-3 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-4 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-5 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-6 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-7 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-8 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-9 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-10 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-11 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-12 Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO, fotoşəkil-13

BakuCity.az

Xırdalan yol təmiri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər