"Çox sakit və tərbiyəli gənc olub"
Bakıda orta məktəb şagirdi intihar edib.
BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
21 saylı məktəbin 11-ci sinif şagirdi E.Baxışov özünü yaşadıqları həyət evinin həyətindəki ağacdan asıb.
Həmçinin oxu: İntihar edən məmurun 25 gün öncə Bakıda toyu olubmuş - TƏFƏRRÜATLAR
Məktəbdən bildiriblər ki, E.Baxışov təbiətcə çox sakit və tərbiyəli gənc olub.
O, dərsə davamiyyəti ilə də nümunəvi şagirdlərdən olub. Yaxşı oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
BakuCity.az