Bu ilin 11 ayında Bakıda yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb edilən sürücülərin statistikası açıqlanıb.
BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya deyib ki, bu ilin 11 ayında yol hərəkəti qaydalarını pozan sürücülər barəsində 556 921 inzibati protokol tərtib edilib. Onlardan 397 848 protokol sürət həddini aşılmasına görə yazılıb.
Həmçinin oxu: Bakıda avtoxuliqanlar yolu kəsdilər, polis işə qarışdı - VİDEO
Bundan başqa, bu ilin 11 ayı ərzində 5094 sərxoş, yol polisinin saxla əmrinə tabe olmayan 1488, avtoxuliqanlıq etdiyinə görə isə 144 sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
BakuCity.az