Yasamaldakı təmir işləri sakinləri susuz qoydu - VİDEO

Yasamaldakı təmir işləri sakinləri susuz qoydu - VİDEO

Evlərdə azyaşlı uşaq və xəstələrin olması vəziyyəti daha da çətinləşdirib

Paytaxtın Yeni Yasamal-2 adlanan ərazisində aparılan təmir işləri bina 4 və 5-də yaşayan sakinləri su problemi ilə üz-üzə qoyub.

BakuCity.az Baku.TV-yə istinadən məlumat verir ki, sakinlər təmir işləri başlayana qədər su ehtiyatlarını binanın damına yerləşdirdikləri su çənləri ilə ödəyiblər.

Təmir başlayandan sonra isə həmin sakinlərə 24 saatlıq su veriləcəyi deyərək çənləri yığışdırıblar. Gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd saat su ilə təmin olunan binada yaşayanlar dəfələrlə "Azərsu" ASC-yə müraciət etsələr də, müraciətlərinə baxan olmayıb. Evlərdə azyaşlı uşaqların və xəstə insanların olması isə vəziyyəti daha da çətinləşdirib. 

Problemlə bağlı açıqlama verən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, sözügedən binalarda fasiləsiz su təchizatının olması üçün texniki imkanlar yoxdur, yaxın gələcəkdə problem aradan qaldırılacaq.

BakuCity.az

Yasamal təmir su problemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər