Artım pensiyaçıların 93 faizini əhatə edəcək
Azərbaycanda pensiyalar 14-15 faiz civarında artırılacaq.
BakuCity.az məlumat verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib.
O bildirib ki, 2020-ci il yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz, yəni orta aylıq əməkhaqqının artımı qədər artırılacaq.
Şöbə müdiri qeyd edib ki, artım pensiyaçıların 93 faizini əhatə edəcək, bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.
Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.
Ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var.