Türkiyənin məşhur serialının aktyorları Bakıya gəlir

Türkiyənin məşhur serialının aktyorları Bakıya gəlir

Qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər

Nizami Kino Mərkəzi "Af Media" şirkəti ilə birgə növbəti film təqdimatına hazırlaşır.

BakuCity.az xəbər verir ki,  26 dekabr saat 19-00-da komediya janrında çəkilən “Aman reis duymasın” filminin rejissoru Onur Tan və filmdə rol almış tanınmış aktyorlar Nizami Kino Mərkəzində keçiriləcək qala – gecəsinə qatılmaq üçün Bakıya gələcəklər.

Qala-gecəyə, “Aman reis duymasın” filminin baş rol ifaçıları Ozan Akbaba (İlyas Çakırbeyli), Mustafa Üstündağ (Boran), Emir Benderlioğlu(Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürşen Kıratlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) qatılacaqlar.

"Aman Reis Duymasın" filmi, “Eşkıya dünyaya hükümdar olmaz” serialından tanıdığımız xarakterlərin istirahət tətilinə çıxmaqlarından, kiçik qəsəbəyə gələr gəlməz inanılmaz işlərə qarışmalarından və başlarına gələn digər hadisələrdən bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bu olanları bilməyidir...

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli kinosevərlər, qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook və instagram səhifəsindən öyrənə bilərsiniz.

Türkiyənin məşhur serialının aktyorları Bakıya gəlir, fotoşəkil-1

BakuCity.az

Bakı serial aktyorlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər