Bakı-Gəncə istiqamətində daha bir əlavə qatar təyin edildi

Bakı-Gəncə istiqamətində daha bir əlavə qatar təyin edildi

Qatar saat 11:45-də Gəncəyə çatacaq

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə əlaqədar Bakı-Gəncə istiqamətində əlavə olaraq daha bir qatar təyin edib.

QSC-nin Mətbuat katibliyi şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 08:00-da yola düşəcək qatar 11:45-də Gəncəyə çatacaq.

Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək, 19:45-də paytaxta olacaq.

BakuCity.az

Bakı Gəncə qatar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər