Qaz üzünə həsrət qalan "AAAF Park" sakinləri bir yerə toplaşdı, rəhbərlik isə qapını bağladı - VİDEO

Qaz üzünə həsrət qalan "AAAF Park" sakinləri bir yerə toplaşdı, rəhbərlik isə qapını bağladı - VİDEO

Onlara bu qədər qazsız qalacaqları deyilməyib

Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri illərdir qaz üzünə həsrət qalıblar.

BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, soyuq qış günlərində evlərini elektrik enerjisi ilə qızdırmağa məcbur qalan sakinlər çarəni “AAAF Park” rəhbərliyinin ofisi qarşısına toplaşmaqda görüblər.

Kompleksdə yaşayanlar bildirirlər ki, burada ev alarkən binaların bu qədər qazsız qalacağı barədə heç nə deyilməyib. Dəfələrlə yaşayış kompleksinin rəhbərliyinə müraciətlər etsələr də, bir nəticə əldə edə bilməyiblər.

Həmçinin oxu: Xırdalanın əsas yolu təmir olunur, bəzi yerlərdə genişləndirilir - FOTO

"AAAF Park Holdinq" MMC-nin İdarə heyətinin sədri qapını müxbirlərin üzünə bağlayaraq sualları cavablandırmaqdan imtina edib. Bir müddətdən sonra jurnalistlərə yaxınlaşan komleksinin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev isə bildirib ki, bu günə qədər problemin həll olunmaması sənədləşmə işlərinin tənzimlənməməsi ilə bağlı olub.

O, binaların qazla təmin olunması üçün sənədləşmə işlərində problem olduğunu bildirib:

"Artıq bu gün İdarə heyətinin sədri sakinləri qəbul etdi. İnanırıq ki, bir neçə ay ərzində binalara qaz verilməsi məsələsi öz həllini tapacaq".

BakuCity.az

Xırdalan AAAF Park qaz sakinlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər