Sabir parkı: keçmişlə gələcək arasında yaşıl sahə - FOTO

Böyük Azərbaycan şairinin xatirəsinə

BakuCity.az şəhərin məşhur, qədim park və bağlarından bəhs etməyə davam edir. Bu gün kiçik, lakin olduqca rahat bir yerdən – İçərişəhərin qala divarlarının qarşısında, AMEA Rəyasət Heyətinin binasının (köhnə “İsmailiyyə”) yanında yerləşən, böyük Azərbaycan şairi və satiriki Mirzə Ələkbər Sabirin adını daşıyan park haqqında məlumat verəcəyik.

Meydan necə yarandı?

Park 1922-ci ildə, köhnə “Kaspi” mətbəəsinin yerində salınıb. Bu yaşıl sahənin layihəsi memar Ələsgərov tərəfindən hazırlanıb. Sabirin xatirəsinə heykəl isə Qala divarlarının qarşısında heykəltəraş Y.Keylixis və memar Y.Sırişev tərəfindən qoyulub.

Bura əvvəllər ərazisi bir əsr ərzində tədricən böyüyən və landşaft dizaynı yaradan kiçik bir meydan idi. Qala divarları qarşısında böyük açıq ərazi təşkilinə qərar verildi ki, bu da bağa onu digər Bakı parklarından fərqləndirən bənzərsiz görünüş qazandırdı.

Həmçinin oxu: Zorge parkının tarixçəsi, bakılı kəşfiyyatçının iti baxışları - FOTO

1958-ci ildə əvvəlki abidənin yerində yeni abidə ucaldılıb. Bu dəfə müəlliflər heykəltəraş Cəlal Qaryağdı, memarlar N.Əlizadə və E.İsmayılov idi. Qara mərmər və qranitdən hazırlanmış abidənin ikinci variantında şair öz kürsüsündə oturaraq yeni şah əsərini yaradan vəziyyətdə təsvir edilib.

Müasir dövrdə

Bu gün tələbələr, yaşlı vətəndaşlar, analar, körpələr və təbii ki, turistlər bu parkda istirahət etməyi sevirlər. Sabir bağında kölgə verən səxavətli ağacların altında çoxlu skamyalar var.

Park avtomobil yoluna baxır, lakin bu, təbiətdən zövq almağa heç bir mane olmur. Əksinə, burada sakitcə oturmaq, istirahət zonasının çoxsaylı bitkilərinin havasında nəfəs almaq, maşınların sürətlə hərəkətini və işə tələsən bakılıları seyr etmək xoşdur.

Parkın hər bir hissəsində yaşıl qazon var. Gül-çiçək, şam ağacları və kiçik palmalar parka ekzotik gözəllik qatır. Zərif işıqlandırma bakılılara axşam saatlarında da bu parkda rahat gəzmək imkanı verir.

Züleyxa İsmayılova

Foto: Nicat Alili

BakuCity.az

Bakı Sabir parkı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Bizə “Virus!” deyə qışqıran uşaqlar da olacaq” Çin vətəndaşı Bakıda mənəvi təzyiqə məruz qaldığını iddia edir. Adının çəkilməsini istəməyən çinli qız BakuCity.az-ın redaksiyasına göndərdiyi məktubda kirayədə qaldığı mənzildə qonşuların təzyiqi ilə qarşılaşdığını yazıb. O, dostları ilə birgə Azərbaycana səyahət məqsədilə gəldiyini, lakin koronavirus səbəbindən iki həftədən çoxdur Azərbaycanda qaldığını bildirib. Azərbaycan xalqının çox mehriban olduğunu, l...
Siyasət
“Güc Birlikdədir” şüarı forumun məqsədini açıq göstərir 2020-ci ilin 15 fevral tarixində Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişineu şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədir” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın Forumu keçirilib. BakuCity.az xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədir” şuarı ilə böyük banner quraşdırı...
Siyasət
"Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı" "Məzahir Pənahovun demokratlığı bizim dairənin başında çatladı". BakuCity.az xəbər verir ki, bunu deputatlığa namizəd Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib: "Məlum səbəbdən digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb təhlil edirəm... Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı...
Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az
Cəmiyyət
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb. BakuCity.az  Report-a istinadən xəbər verir ki,  rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev təyin olunub. Həmin şöbədə baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib. Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çı...
Cəmiyyət
Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuz həyata keçirilir Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib. Ş.Eyvazov bildirib ki, y...
Mədəniyyət
Türkiyənin məşhur rok ifaçısı Bakıda ilk dəfə 14 Fevral – Sevgililər Günündə konsert verib BakuCity.az xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarına cavab verən məşhur rok ifaçısı Teoman 14 fevralın onun üçün önəmli olmadığını deyib: “Əslində, Yeni il, Sevgililər günü və sairə kimi qeyd edilən özəl günlərin mənim üçün heç bir önəmi yoxdur.  Sadəcə dinləyicilərim üçün önəmlidir deyə bu günlərdə daha gözəl konsertlər verirəm. Bu gün də verəcəyimi...