Cəlil Məmmədquluzadənin ən çətin günləri Bakıda bu mənzildə keçib - FOTO

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti

Mədəniyyət naziri Əbülfəs Qarayev böyük yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov muzeyin ekspozisiyası, burada görülən işlər barədə Ə.Qarayevə məlumat veriblər. Bildirilib ki, təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb. Həmçinin üç (Azərbaycan, rus, ingilis) dildə təqdim olunan yeni İP texnoloji vasitə ilə muzeyə ekskursiya etmək mümkündür.

Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzildə ömrünün ən çətin vaxtları keçib. Burada ev-muzeyinin yaradılması haqqında qərar hökumət tərəfindən hələ 1976-cı ildə qəbul olunmuşdu. Muzeyin təntənəli açılışı ədibin anadan olmasının 125 illiyində, 1994-cü il dekabrın 28-də ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib.

Muzeyin birinci zalında C.Məmmədquluzadənin uşaqlıq və gənclik illərini əhatə edən eksponatlar nümayiş olunur. İkinci zal vaxtilə Məmmədquluzadələr ailəsinin qonaq otağı olub. Burada ailə həyatını əks etdirən ekspozisiya sərgilənir.

Ev-muzeyində, həmçinin Xalq rəssamı Oqtay Sadıqzadənin müəllifi olduğu, əsli Naxçıvandakı Ədəbiyyat muzeyində saxlanılan əsər – yazıçının həyat yoldaşı Həmidə xanımla portreti yer alır.

Muzeyin daha bir zalı bütünlüklə görkəmli publisistin yaradıcılığını əks etdirir. Burada “Cəlil Məmmədquluzadə və Azərbaycan teatrı” guşəsi, "Molla Nəsrəddin" jurnallarının nüsxələri, jurnalın yayımı ilə bağlı qaimələr, yazıçının əlyazmaları, yazı masası, "Ölülər" tamaşasının 1916-cı ildə çap edilən afişa-proqramı nümayiş olunur. Muzeydə ümumilikdə 5432 eksponat qorunur.

Ev-muzey ilə tanış olan nazir Ə.Qarayev buradakı ədəbiyyat nümunələrinə, “Molla Nəsrəddin" jurnallarının nüsxələrinə baxıb, təmir-bərpadan sonra muzeyə ziyarətçilərin sayı ilə maraqlanıb. Bildirib ki, yeni üslubda təqdim edilən ekspozisiya cəlbedicidir. Multimedia avadanlığının təqdimatı muzeyə gələnlərdə xoş təəssürat yaradır. Bu layihəni virtual ziyarət formatında da təqdim etmək olar. Muzey təkcə nümayiş üçün deyil, elmi-tədqiqat işinin aparılması üçün vacib məkandır. 

Nazir muzeyin kollektivinə uğurlar arzulayıb və əməkdaşlarla xatirə şəkli çəkdirib.

BakuCity.az

Bakı Cəlil Məmmədquluzadə ev-muzey
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...