Məsələ protokolda əksini tapıb
Xəzəryanı dövlətlər nərə balıqlarının sənaye ovuna moratoriumun uzadılmasına dair razılıq verib.
BakuCity.az-ın məlumatına görə, "APA-Economics" Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinə istinadən xəbər verir ki, qərar 23-25 dekabr 2019-cu il tarixdə Tehranda keçirilən Xəzər dənizinin bioloji ehtiyatlarının qoruması, rasional istifadəsi Komissiyasının üçüncü iclasının protokolunda əksini tapıb.
İclasda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.
BakuCity.az