Bakıda "gözəgörünməz" piyadalar təhlükə saçır - VİDEO

Bakıda "gözəgörünməz" piyadalar təhlükə saçır - VİDEO

Piyadalar isə elə düşünür ki, sürücülər onları rahat şəkildə görür

Bakıda sürücüyə təhlükə yaradan piyadaların görüntüsü sosial şəbəkədə yayılıb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, günün qaranlıq saatında yolu keçmək istəyən ana və azyaşlı uşağı avtomobilin ona yol verəcəyindən arxayın olaraq təhlükəli şəkildə yolu keçiblər. Sürücü yolu keçən qadına iradını bildirən zaman o, avtomobilin işığının olduğunu deyərək özünü müdafiə etməyə çalışıb.

Piyadalar yolu keçən zaman elə düşünürlər ki, sürücülər onları rahat şəkildə görərək yol verəcəklər. Bir çox hallarda bu belə olmur. Ona görə də yollarda piyada vurma halları azalmaq bilmir.

Həmçinin oxu: Bakı polisi paytaxtda piyada ölümlərinin səbəblərindən danışdı - VİDEO

Avtomobilin xarici işıq cihazları olsa da, sürücüyə yaxın məsafəni görməyə şərait yaradır. Qaranlıq vaxtı süni işıqlandırma olmayan yollarda sürücünün qarşısına qəfil piyada çıxarsa, onu vurmamaq ehtimalı çox aşağı olur.

Piyadalara tövsiyə olunur ki, hər zaman yolu keçərkən avtomobillərin hərəkət sürətinə və sürücülərin görmə məsafəsinə qiymət verdikdən sonra hərəkətə başlasınlar.

BakuCity.az

Bakı piyada təhlükə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər