Bakıda kişi intihar etmək üçün körpüyə çıxdı, hərəkət iflic oldu - VİDEO

Bakıda kişi intihar etmək üçün körpüyə çıxdı, hərəkət iflic oldu - VİDEO

Faktla bağlı araşdırma aparılır

Bakının Yasamal rayonunda intihara cəhd edilib.

BakuCity.az-ın məlumatına görə, bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə bildiriblər.

Qeyd olunub ki, bir kişi “20 Yanvar” körpüsünə çıxaraq özünü atmaq istəyib. Nəticədə ərazidə avtomobillərin hərəkəti iflic olub. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Aparılan tədbirlər nəticəsində kişi xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı intihar körpü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər