Bakı məktəblərində 1662 nəfər müddətli müqavilə ilə işə qəbul olunub

Bakı məktəblərində 1662 nəfər müddətli müqavilə ilə işə qəbul olunub

Çalışmanın yaş həddinə çatmış müəllimlərlə də müqavilə bağlanıb

2019-cu təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 943 nəfər daimi əsaslarla işə qəbul olunub.

İdarədən BakuCity.az-a verilən məlumata görə, bunlardan 414 nəfəri müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz əmək müqaviləsi ilə işə qəbul mərhələsi, 274 nəfəri vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi, 255 nəfəri isə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul edilib.

1662 nəfər isə müddətli müqavilə əsasında işə qəbul olunub. Bunlardan 1099 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli əmək müqaviləsi ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində işə qəbul edilib. Həmçinin 563 nəfər çalışmanın yaş həddinə çatmış müəllimlə müddətli əmək müqaviləsi bağlanılıb.

Bakı məktəblərində 1662 nəfər müddətli müqavilə ilə işə qəbul olunub, fotoşəkil-1

BakuCity.az

Bakı məktəb müəllim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər