Qayda pozmayan sürücülər mükafatlandırılacaq? - VİDEO

"Söhbət təkcə maddi həvəsləndirmədən getmir"

Dünya ölkələrində il ərzində və ya daha çox müddətdə qayda pozmayan nümunəvi sürücülərin mükafatdırılması təcrübəsi var. Azərbaycanda rəsmi şəkildə belə mükafatlandırma mexanizmi olmasa da, Dövlət Yol Polisinin məlumat bazasında nümunəvi sürücülər barədə məlumatlar toplanır.

BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında bəhs olunub.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, mərkəzi məlumat sistemində törədilən xəta ilə bağlı heç bir informasiya yoxdursa, bu, yaxşı hal hesab edilir:

“Həmin şəxsin yol hərəkətində nümunəvi hərəkət etməsi üzə çıxır. Bizim tərəfimizdən 10-larla belə sürücü müəyyən edilib”.

Bu məlumatlar əsasında qaydaları pozmayan sürucülər vaxtaşırı müxtəlif QHT-lər tərəfindən mükafatlarla həvəsləndirilir.

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, nisbətən dəqiq meyarlarla, cəmiyyətdə sorğu keçirməklə, həmin sürücünün fəaliyyətini qiymətləndirməklə kimlərisə nümunə göstərmək olar.

Ə.Hüseynov bildirib ki, söhbət təkcə maddi həvəsləndirmədən getmir:

“Bu da olsa, çox gözəl olar. Aidiyyəti şəxsə rəhbər şəxsin imzası ilə təşəkkürnamə verilir. Sadə bir şeydir, amma ömrü boyu yadında saxlayar. Bu, çox yaxşı PR mövzusuna çevriləcək ki, belə bir sürücü idi, heç bir intizamsızlığı yoxdur. Üstəgəl, belə bir şəraitdə alicənablıq göstərib”.

Ekspert Elməddin Muradlı isə qeyd edib ki, bu, Azərbaycan reallığında inandırıcı deyil:

“Tək-tük sürücü ola bilər ki, iki il ərzində heç bir xəta törətməsin. Bu, həm onlar üçün bir motivasiya olar, həm də digər sürücülərə stimul verər. Digərlərində də belə bir fikir formalaşar ki, elə edim, mən də o siyahıda olum”.

Ekspertlərin fikrincə, yaxşı olar ki, hərəkətin təhlükəsizliyinin təmin olunmasında iştirak edən qurumlar da belə təbliğatlarda iştirak etsin. Bununla yanaşı, seçim mexanizmi daha obyektiv və şəffaf olmalıdır.

BakuCity.az

Bakı sürücü mükafatlandırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az
Biznes
AQTA normadan artıq şəkər istehlakının təhlükələri barədə xəbərdarlıq edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) normadan artıq şəkər istehlakının immun sisteminə mənfi təsiri barədə maarifləndirici məlumat hazırlayıb.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir.  Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımd...
Cəmiyyət
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb. BDYPİ-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Qu...
Cəmiyyət
Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb.  BakuCity.az  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyib.  Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağl...
Biznes
Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb 2020-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhs...
Biznes
Paytaxtın sənaye istehsalında qeyri-dövlət sektorunun payı 81% olub Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,4 mlrd. manat təşkil edib. BakuCity.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,1%-i mədənçıxarma, 16,3%-i emal, 2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıları...