"BakuBus"dan sərnişinlərə müraciət - FOTO

"BakuBus"dan sərnişinlərə müraciət - FOTO

Avtobusları çirkləndirməyin!

“BakuBus” MMC sərnişinləri təmizliyə riayət etməyə, avtobuslara tullantı atmamağa, salonu çirkləndirməməyə çağırır.

MMC-dən BakuCity.az-a verilən məlumata görə, “BakuBus” MMC-yə məxsus avtobuslar hər gün qarajda yuyulur, təmizlənir və mütəmadi olaraq dezinfeksiya edilir. Lakin bəzi sərnişinlər xətdə olan avtobuslara tullantılar atır, salonu çirkləndirirlər. Bununla da digər sərnişinlərin rahatlığını pozurlar. Xətdə olan, salonuna tullantı atılmış, çirkləndirilmiş avtobusların təmizlənməsi isə əlavə vaxt tələb edir.

“BakuBus” MMC vətəndaşlardan da təmizliyə riayət etməyərək avtobuslara tullantı atan, salonu çirkləndirən şəxsləri belə hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edir.

"BakuBus"dan sərnişinlərə müraciət - FOTO, fotoşəkil-1 "BakuBus"dan sərnişinlərə müraciət - FOTO, fotoşəkil-2 "BakuBus"dan sərnişinlərə müraciət - FOTO, fotoşəkil-3 "BakuBus"dan sərnişinlərə müraciət - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı "BakuBus" sərnişinlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər