Bakıda tələbələri ölümlə üz-üzə qoyan səki - VİDEO

Bakıda tələbələri ölümlə üz-üzə qoyan səki - VİDEO

Bir çox hallarda piyadaları qınayırlar

Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol-nəqliyyat hadisəsinin qeydə alındığını, yol qəzalarında 738 nəfərin öldüyünü, 1535 nəfərin isə xəsarət aldığını söyləyib. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.

Yol qəzalarının az qala yarısı piyadaların vurulması ilə baş verir. Sürücülər piyada vurulmalarında əksər hallarda qarşı tərəfi ittiham edirlər və onlara haqq qazandırmaq da olar. Amma bəzən piyadalarda günah olmadığını da vurğulamaq lazımdır. Yol hərəkətində piyadaların hərəkətinin təhlükəsizliyinə cavabdeh olan qurumların öz işlərini lazımınca yerinə yetirməməsi qəzalara şərait yaradır.

Həmçinin oxu: Bakıda "gözəgörünməz" piyadalar təhlükə saçır - VİDEO

BakuCity.az-ın Baku TV-yə istinadən təqdim etdiyi görüntülər “Gənclik” metro stansiyasının qarşısından Tibb Universitetinə qədər uzanan Nəsib bəy Yusifbəyli küçəsindəndir.

Burada yol kənarına əkilən şam ağaclarının baxımsızlığı piyadaları çətin duruma salır. Ağaclara qulluq edilmədiyi, budama işləri aparılmadığı üçün, demək olar, bütün səki bağlanıb. Hər gün yüzlərlə tələbə səkinin keçilməz hissəsinə görə maşın yoluna çıxmaq məcburiyyətində qalır.

Burada baş verəcək hər hansı qəzaya görə də piyada günahkar olacaq?

BakuCity.az

Bakı səki tələbələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər