Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO

Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO

Film böyük marağa səbəb olub

Dekabrın 26-da Bakıda komediya janrında çəkilən “Aman reis duymasın” filminin qala gecəsi keçirilib.

BakuCity.az xəbər verir ki, tədbirdə filmin rejissoru Onur Tan və baş rolların ifaçıları Ozan Akbaba (İlyas Çakırbeyli), Emir Benderlioğlu (Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürşen Kıratlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) iştirak ediblər.

Filmi izləməyə gələnlər arasında Türkiyənin Azərbaycandaki səfiri Erkan Özoral və xanımı Emine Özoral, Səfirliyin turizm və tanıtma üzrə müşaviri İrfan Çiftçi də olub.

Saytımıza açıqlama verən səfir iki ölkə arasında mədəni əlaqələrdən bəhs edib:

“Türkiyə ilə Azərbaycan arasında hər sahədə mövcud olan münasibətlərin önəmli bir hissəsi də mədəniyyət sahəsindəki əlaqələrimizdir. Bugünkü qala gecədə sərgilənən film kimi bir çox Türkiyə filmləri də artıq Azərbaycanda nümayiş olunmaqdadır. Bu tədbir də insanlar tərəfindən böyük marağa səbəb oldu və göründüyü kimi, kinoteatr tamamilə dolub. Bu da təbii ki, bizi sevindir və bu əlaqəni daha da genişləndirmək lazımdır”.

"Aman Reis Duymasın" filmi “Eşkiya dünyaya hükümdar olmaz” serialından tanıdığımız obrazların tətilə çıxmalarından, kiçik qəsəbəyə gələr-gəlməz, başlarına gələn hadisələrdən, inanılmaz macəralarından bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bütün bunları bilməyidir ki, bu da olur.

Film tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-1 Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-2 Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-3 Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-4 Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-5 Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-6 Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-7 Türk aktyorlar Bakı tamaşaçılarını güldürdü: "Aman reis duymasın" - FOTO + VİDEO, fotoşəkil-8

Ramilə Qardaşxanqızı

Foto: Nicat Alili

BakuCity.az

Bakı komediya təqdimat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər