Bakıda repçi Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirildi

Bakıda repçi Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirildi

Narkotikin təsiri altında olub

Repçi Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib. 

BakuCity.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon məhkəməsinə göndərilib.

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

BakuCity.az

Bakı repçi polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər