"British Airways"in təyyarəsi Bakıda məcburi eniş edib

"British Airways"in təyyarəsi Bakıda məcburi eniş edib

Uçuş heyəti Bakıda istirahət edəcək

Bu gün “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçan “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarını verib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan BakuCity.az-a verilən məlumata görə, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirilib.

Məlumata görə, uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir.

Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.

Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala, hava limanının hotelində istirahət edə, şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.

BakuCity.az

British Airways təyyarə Baku
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər