Vilayət Eyvazov Ramil Usubovun oğluna Bakıda vəzifə verdi

Vilayət Eyvazov Ramil Usubovun oğluna Bakıda vəzifə verdi

Bu təyinata qədər Baş Cinayət Axtarışı İdarəsində çalışıb

Daxili işlər orqanlarında yeni təyinat olub.

BakuCity.az Bakuposta-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Raul Usubov Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Raul Usubov sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun oğludur.

Raul Usubov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.

BakuCity.az

Vilayət Eyvazov Ramil Usubov təyinat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər