İçərişəhərdə bayram ab-havası - FOTO

İçərişəhərdə bayram ab-havası - FOTO

Maraqlı kompozisiyalar da yerləşdirilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində bayram ab-havası hökm sürür.

Qoruq İdarəsinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Yeni il sevincinə öz töhfəsini verərək, tarixi məkanda bayram əhval-ruhiyyəli günləri daha da yaddaqalan etmək məqsədi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə "Sərvətimiz" adlanan layihəni həyata keçirir.

İdarənin dəstəyi və ADMİU-un baş müəllimi Gülnaz Mədətovanın rəhbərliyi ilə Rəssamlıq fakültəsinin İnteryer Dizaynı ixtisaslaşması üzrə IV tədris ilinin tələbələri milli mədəni və təbii irsimizin möhtəşəm nümunələrini ənənəvi Yeni il ağaclarının üzərində fərqli yaradıcılıq formatında tərtib ediblər. Səkkiz stilizə edilmiş küknar İçərişəhərin mərkəzi nöqtələrindən birində, Qız Qalası yaxınlığındakı meydanda quraşdırılıb. Fərqli mövzuları özündə əks edən ağac-konseptlər tanınan sənət əsərlərimizə yeni prizmadan baxmağa, onları qorumaq və təbliğ etməyə çağırır.

Xarıbülbül, Qobustan, Musiqi alətlərimiz, Nar, Şəbəkə sənəti, unikal Xalça incilərimiz, Malıbəyli, Qımıl, Şaddə tələbələrin təqdimatında yeni bədii nəfəs alaraq canlandırılıb. Layihə çərçivəsində Teyyub İsgəndərzadənin "Xarıbülbül", Fidan Cəfərovanın "Qımıl-Nar Bağı", Ziyafət Kazımovanın "Şəbəkə", Zöhrə Babayeva və Günel İskəndərovanın "Nar İslimi", Nərmin Süleymanova və Zümrüd Musayevanın "Qobustan", Əsmər Məmmədovanın "Malıbəyli" kompozisiyaları yerləşdirilib.

İçərişəhərdə bayram ab-havası - FOTO, fotoşəkil-1 İçərişəhərdə bayram ab-havası - FOTO, fotoşəkil-2 İçərişəhərdə bayram ab-havası - FOTO, fotoşəkil-3 İçərişəhərdə bayram ab-havası - FOTO, fotoşəkil-4 İçərişəhərdə bayram ab-havası - FOTO, fotoşəkil-5 İçərişəhərdə bayram ab-havası - FOTO, fotoşəkil-6 İçərişəhərdə bayram ab-havası - FOTO, fotoşəkil-7

BakuCity.az

İçərişəhər bayram
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər