Yuxarı siniflərə dərs var
Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə ilsonu və bayram günlərində dərs qrafiki açıqlanıb.
BakuCity.az xəbər verir ki, təqvimdə edilən dəyişikliklərə əsasən, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-na olan dərs qrafiki tətbiq olunacaq.
Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da yanvarın 3-nə olan dərslər keçiriləcək.
Yanvarın 4-ü və 6-da VIII, IX, X, XI siniflər üçün dərs günüdür.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.
BakuCity.az