Bakıda daha 3 muzeydə audio-bələdçi quraşdırılıb - FOTO

Müsabiqəyə göndərilən 20 ssenari ekranlaşdırılacaq

Bakıda daha 3 muzeydə audio-bələdçi quraşdırılıb.

BakuCity.az-ın məlumatına görə, bunu mədəniyyət naziri 2019-cu ilin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Ə.Qarayev cari ilin önəmli tədbirlərindən biri kimi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirləri və 27-29 sentyabr tarixində keçirilmiş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasını vurğulayıb. 

O, həmçinin bu il Cəfər Cabbarlinin 120 illiyi, Pantomima, YUĞ və Azərbaycan Dövlət Akademik Milli Dram teatrlarının yubileylərinin təşkilini qeyd edib və bildirib ki, bu, ölkədə mədəniyyətə verilən dəyərin göstəricisidir.

Nazir 2019-cu ildə keçirilən önəmli tədbirlər sırasında Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesini də vurgulayıb. Qeyd edib ki, bu layihə çərçivəsində paytaxta 128 ölkədən nümayəndələr gəlmişdi. 

Ə.Qarayev muzeylərin inkişafı mövzusuna da toxunaraq deyib ki, Bakıda daha 3 muzeydə - Qobustan qoruğunda, Milli İncəsənət Muzeyi və Xalça Muzeyində audio-bələdçilər quraşdırılıb, bu da muzeyi ziyarətə gələnlərə əlavə imkanlar verir.

Paytaxtın tarixi yerlərində aparılan yenidənqurma işlərindən danışan nazir İçərişəhərdəki bərpa islərinin vəziyyətin yaxşıya doğru necə dəyişdiyini göstərdiyini bildirib. 

Kinematoqrafiya sahəsinə gəlincə, onun sözlərinə görə, 2019-cu ildə yeni filmlərin çəkilməsinə dövlət tərəfindən 5 milyon manat vəsait ayrılıb ki, bu da paytaxtda fəaliyyət göstərən “Azərbaycanfilm” studiyasında yeni filmlərin ərsəyə gəlməsi üçün imkan deməkdir. Bundan əlavə, 250 ssenarinin qatıldığı musabiqədən bəhs edən Ə.Qarayev vurğulayıb ki, müsabiqəyə göndərilən ssenarilər arasından seçilən 20 əsər ekranlaşdırılacaq.

Ramilə Qardaşxanqızı

Foto: Nicat Alili

BakuCity.az

Bakı Əbülfəs Qarayev muzey mədəni tədbirlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
İnsanların sıx toplaşdığı yerlərə getməyin Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır. Qeyd edilənləri nəzərə alaraq, “Koroğlu” Nəqliyyat M...
Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...