AZAL ölkənin hava məkanını bütün aviaşirkətlər üçün açdı

Ölkələrin aviasiya orqanlarına bildiriş göndəriləcək

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup "hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.

Bu "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a bildirilib.

Verilən məlumata görə, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən "hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

"Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

Beləliklə, beşinci qrup "hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup "hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.

Yeddinci qrup "hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.

Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.

Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.

Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar.

Bu xarici aviaşirkətlərin Azərbaycana uçmaq marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq, həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılması üçün imkanı yaradacaq.

Xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq, sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq.

1 yanvar 2020-ci il tarixindən etibarən Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə reyslər həyata keçirmək istəyən bütün aviaşirkətlər bu üstünlüyə sahib olacaq. Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək.

Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.

Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub. Aviaşirkətlər daha ətraflı məlumatı hava limanının rəsmi saytında əldə edə bilərlər: airport.az

"Bu, bütövlükdə ölkə üçün qlobal bir qərardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin mülki aviasiyası göstərdiyi daimi qayğı və dəstəyi sayəsində ölkənin beynəlxalq hava limanlarında çoxsaylı xarici aviaşirkətlərə xidmət göstərilməsi üçün hər cür əlverişli şərait yaradılmışdır. Ölkənin bütün beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup "hava azadlığı”nın tətbiqi Azərbaycandan yerinə yetirilən uçuşların coğrafiyasını genişləndirməyə, ölkənin xarici bazara cıxmaq üçün nəqliyyat imkanlarını artırmağa, həmçinin ölkənin turizm potensialını reallaşdırmağa icazə verəcək və sərnişinlər üçün rəqabətqabiliyyətli təklifləri təmin edəcək. Vətəndaşlarımızın səyahətlərinin coğrafiyasını genişləndirmək və Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya yol xərclərini azaltmaq üçün imkanları yaranacaq”, – AZAL prezidenti Cahangir Əsgərov qeyd etmişdir.

Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup "hava azadlığı”nın tətbiqi qərarı iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün əlavə stimul olacaq və eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına öz töhfəsini verəcək.

Hazırda Azərbaycanda beynəlxalq statusa malik altı hava limanı fəaliyyət göstərir. Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala hava limanlarında da aviadaşıyıcılar üçün hər cür şərait yaradılmışdır.

Respublikanın bütün beynəlxalq hava limanları 3-cü dərəcə də daxil olmaq ilə İCAO kateqoriyalarına malikdir, müasir avadanlıqlarla təchiz olunmuşdur, burada yerüstü xidmətlər, aviasiya təhlükəsizliyi, sərhəd və gömrük nəzarəti üçün lazımi şərait yaradılmışdır.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. Paytaxt hava limanı "Skytrax World Airport Awards” versiyasına görə maksimal "5 Ulduz” statusuna layiq görülmüş, həmçinin ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq etmişdir.

2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirmişdir.

Azərbaycan hava limanları sərnişin axınına görə regionda lider mövqeyə sahibdir. 2019-cu ilin ilk 11 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 5,15 milyon sərnişinə xidmət göstərmişdir ki, bunun da 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür. Bu, ötən ilin göstəricisindən 6% çoxdur.

BakuCity.az

AZAL hava məkanı təyyarə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az