Sığorta şirkətləri "Sədərək"lə "Binə"yə yaxın durmur - AÇIQLAMA

"Bu sahədə maarifləndirməyə ehtiyac var"

"Bir neçə sığorta şirkətinin ticarət obyektlərində istismar qaydalarının pozulduğunu əsas gətirərək bu obyektləri sığortalamaqdan imtina halları var. Həmin sığorta şirkətləri burada istismar qaydalarının pozulduğunu və riskin daha çox olduğunu bildirsələr də, sığortalamaqdan imtina edə bilməzlər".

BakuCity.az məlumat verir ki, bunu sığorta üzrə ekspert İlkin İbrahimov sığortaçının əmlakı sığorta etməkdən imtina məsələsindən danışarkən “Sputnik Azərbaycan”a deyib.

Ekspert bildirib ki, "Diqlas" ticarət mərkəzi yandıqdan sonra bir neçə sığorta şirkəti "Sədərək" və "Binə" ticarət mərkəzlərində daşınmaz əmlakın icbari sığortasından imtina edib:

"Amma bu, "İcbari sığortalar haqqında" qanunun 23-cü maddəsinə ziddir. Həmin maddəyə görə, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz".

O qeyd edib ki, qanunvericilikdə iri obyektlər ilə bağlı 2 icbari sığorta növü tətbiq olunur:

"Birincisi, istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasıdır. İkincisi isə daşınmaz əmlakın icbari sığortasıdır. İri obyekti icarəyə verən şəxs istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidir. İri obyektlərin içərisində fəaliyyət göstərən fərdi sahibkarlar isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidirlər. Yəni bu iki icbari sığorta növünü müvafiq olaraq iri və xırda sahibkar etməlidir".

"İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır", – deyə o qeyd edib.

Ekspert deyib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əmlakın dəyərinin 0,2 faizi qədər sığorta haqqı hesablanır:

"Məsələn, 100 min manatlıq obyekt illik 200 manat məbləğində sığortalanır. 50 min manatıq obyekt isə illik 100 manat məbləğində sığortalanır. Amma daşınar əmlakın sığortasında isə könüllülük var. Bu zaman sahibkar öz mal və məhsulları ilə bağlı gömrük və vergi bəyannamələrini sığorta şirkətinə göstərməlidir. Burada sığorta haqqı əmlakın dəyərinin 0,5 faizinə kimi ola bilər. Məsələn, sahibkar 1 milyon manat dəyərində olan daşınar əmlakına görə illik 5 min manat sığorta haqqı ödəyir".

"Dövlət məcbur edə bilməz ki, sahibkar öz daşınar əmlakını sığortalasın, bu, könüllüdür. Daşınar əmlak ilə bağlı məsuliyyət sırf vətəndaşın üzərindədir, sahibkarlar könüllü şəkildə daşınar əmlakını sığorta etməlidirlər. Bu sahədə maarifləndirməyə ehtiyac var", – deyə ekspert əlavə edib.

Qeyd edək ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib ki, dünyanın heç bir ölkəsində təbii, yaxud texniki səbəblərdən baş verən fəlakətlərdə əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi halı yoxdur: "Dəfələrlə ölkəmizdə sel, zəlzələlər, o cümlədən bəzi ticarət obyektlərinin yanması zamanı zərər çəkmiş vətəndaşlara Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində kompensasiyalar ödənilib, onlar üçün evlər tikilib. Amma bu, başqa dövlətlərdə yoxdur. Azərbaycan dövlətinin qanunvericiliyində də bu məsələlər əksini tapıb. Yəni hər bir fərd özünü, öz həyatını sığortalayır, yaşamaq üçün ev, ticarət mərkəzləri tikir, hər bir şeyi gözəl bəzəyir. Amma insanlar sığorta məsələsinə diqqətsiz yanaşırlar. Haqsız olaraq da dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir məsələ əksini tapıb. İdxal olunan, daxildə istehsal edilən, ticarət mərkəzlərində satışa çıxarılan mallar, əmlaklar necə sığortalanır - bütün bunlar qanunlarda əksini tapıb. Məcburi sığorta ilə bağlı qanunlarımız var. Ona görə də bu sahədə Fövqəladə Hallar Nazirliyinin və bilavasitə bu işlərlə məşğul olan digər dövlət qurumlarının fəaliyyəti artmalıdır".

Nazir əsas məsələnin insan təhlükəsizliyi olduğunu bildirib: "Birincisi insan təhlükəsizliyidir. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı aktiv işlərin nəticəsində çox şükürlər olsun ki, insan həyatına təhlükə yaranmayıb, insanları xilas ediblər. Ancaq yanğında insanların mülklərinə, əşyalara zərər dəyib. Əgər sığorta mədəniyyətini həm orta, həm xırda sahibkarlarımıza mənimsətdirsək, gələcəkdə belə problem ümumiyyətlə olmamalıdır, olsa da, sayı az olmalıdır. Heç kim heç bir şeydən sığortalanmayıb. Heç kim də təminat verə bilməz ki, istismara qəbul edilmiş hər hansı ticarət obyektində, yaxud evdə bu və ya digər səbəbdən hadisə baş verməyəcək. Ona görə də əhali, iş adamları özləri də diqqətli olmalıdırlar".

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlax satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.

BakuCity.az

Bakı ticarət mərkəzləri sığorta
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az