111 direktorun müqaviləsinin müddəti isə uzadılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.
İdarədən BakuCity.az-a verilən məlumata görə, eyni zamanda, 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.
18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.