Bakıya yeni avtobuslar gətirilib - FOTO

Bakıya yeni avtobuslar gətirilib - FOTO

Avtobuslar Avro-6 standartlarına cavab verir

“Xaliq Faiqoğlu” şirkəti Bakıya yeni gətirilmiş müasir avtobusları təqdim edib.

BakuCity.az-ın məlumatına görə, 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobus Türkiyənin “Anadolu İsuzu” şirkətindən alınıb.

“Xaliq Faiqoğlu”nun baş direktoru Faiq Seyidov bildirib ki, Bakı şəhərində ən böyük özəl daşıyıcı şirkət olan "Xaliq Faiqoğlu" Bakı Nəqliyyat Agentliyinin çağırışına ilk qoşularaq 2016-cı ildən istismarındakı marşrut xətlərində elektron ödəniş sisteminə qoşulub. Həmçinin şirkət BNA-nin tələblərinə uyğun olaraq avtobus parkını ekoloji standartlara cavab verən müasir avtobuslarla yeniləməkdədir. Belə ki, son olaraq paytaxtımıza gətirilən "İsuzu Citiport" markalı bu avtobuslar Avro-6 standartlarına cavab verir.

“Xaliq Faiqoğlu” şirkətinin mülkiyyətində 300-dən artıq avtobus nəqliyyat vasitələri var ki, son icra edilmiş layihələrlə avtobus parkının əhəmiyyətli hissəsi yenilənib.

Bakıya yeni avtobuslar gətirilib - FOTO, fotoşəkil-1

BakuCity.az

Bakı avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər