Bakıda uşaqlara siqaret satan daha 2 mağaza işçisi cərimələndi

Bakıda uşaqlara siqaret satan daha 2 mağaza işçisi cərimələndi

Reydlər davam edir

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satan mağaza satıcıları cərimələniblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktı aşkar edilib.

Həmçinin oxu: Bakıda dəb halını alan "xəstəlik": siqareti tərgitməyə kömək, yoxsa asılılıq?

Həmin mağazaların satıcıları – N.Rzayev və N.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. 

Bu istiqamətdə reydlər davam etdirilir. 

BakuCity.az

Bakı siqaret uşaqlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər