Bakıdan İordaniyaya birbaşa aviareys açılır - Vaxtı bilindi

Bakıdan İordaniyaya birbaşa aviareys açılır - Vaxtı bilindi

May ayından başlayır

Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşüb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, bu görüş İordaniya Kralı II Abdullah ibn Əl-Hüseynin cari ilin 10 dekabr tarixində Azərbaycana rəsmi səfərinin yekunları əsasında baş tutub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması barədə tapşırıq verib.

Cahangir Əsgərov və Sami Asem Ğoşeh bütün prosedur məsələləri başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər.

Reyslər həftədə iki dəfə “Buta Airways” aviaşirkətinin “Embraer 190” təyyarələri ilə yerinə yetiriləcək.

BakuCity.az

Bakı İordaniya aviareys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər