"Sədərək" və "Binə"də sənədsiz, fakturasız mallar var - Nazir müavini

"Sədərək" və "Binə"də sənədsiz, fakturasız mallar var - Nazir müavini

Nəzarət-kassa aparatlarının quraşdırılması mümkün deyil

Bakının “Binə” və “Sədərək” ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması ilə bağlı heç bir iş görmək mümkün deyil”.

BakuCity.az xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, həm Vergilər Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi ticarət mərkəzlərindəki dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı xeyli iş görüb və bu gün də görür:

Həmçinin oxu: Sığorta şirkətləri "Sədərək"lə "Binə"yə yaxın durmur - AÇIQLAMA

“Ortalıqda sənədsiz, fakturasız mallar var. Bununla bağlı sahibkarlar və həmin ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilib. İnanıram ki, onlar da bu məsələdə maraqlıdırlar. Ancaq qaimə-faktura və uçotun olmaması nəticəsində nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması mümkün deyil”.

BakuCity.az

Sədərək Binə vergi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər