Bakıda Tokio Olimpiadasına lisenziya xarakterli yarış keçiriləcək

Bakıda Tokio Olimpiadasına lisenziya xarakterli yarış keçiriləcək

31 ölkədən 171 gimnast qatılacaq

15-16 fevralda Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasında BakuCity.az-a verilən məlumata görə, yarış Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

Yarışlara ilkin qeydiyyat siyahısına əsasən artıq 31 ölkə iştirakını təsdiq edib. Turnirdə təxminən 171 gimnast daxil olmaqla, nümayəndə heyətləri tərkibində ümumilikdə 300-dən çox şəxsin iştirakı gözlənilir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Biletləri Milli Gimnastika Arenasının kassasından, həmçinin onlayn əldə edə bilərsiniz​. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final günü üçün isə 15 manat təşkil edəcək.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi mövsümi bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları arenanın kassasında əldə edə biləcəklər.

BakuCity.az

Bakı gimnastika Dünya Kuboku
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər