Siqaret və spirtli içkilər bahalaşacaq – SƏBƏBLƏR

Siqaret və spirtli içkilər bahalaşacaq – SƏBƏBLƏR

Bəs digər məhsullar?

"Bu hal sözsüz ki, spirtli içki, tütün məmulatları, enerji içkilərinin qiymətlərinin müəyyən dərəcədə bahalaşmasına səbəb olacaq”.

BakuCity.az-ın məlumatına görə, Sfera.az-a açıqlamasında bu sözləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcəsinin gələn ildən başlayaraq artırılmasına münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

"Spirtli içkilər, tütün məmulatlarına aksiz vergisi dərəcəsi kifayət qədər çox artırılır. Yalnız konyak məhsulları üzrə aksiz dərəcəsində bir qədər azalma var. Yerdə qalan bu tip məhsullarda isə aksiz vergisi xeyli dərəcədə artırılır. Bu hal sözsüz ki, spirtli içki, tütün məmulatları, enerji içkilərinin qiymətlərinin müəyyən miqdarda bahalaşmasına səbəb olacaq. Yəni, maya dəyərinin artması qiymətlərə təsir edəcək”.

Həmsöhbətimizin fikrincə, sözügedən məhsullarda baş verəcək qiymət artımı bu fonda yalnız iqtisadi əsaslarla bağlı olacaq:

"Azərbaycanda bütün sahələr, o cümlədən alkoqollu içki, habelə siqaretin istehsal və satışının monopoliyada olduğunu nəzərə alsaq, sözügedən məhsullarda qiymət artımı özünü daha çox iqtisadi əsaslar üzərində göstərəcək”.

Ekspertin fikrincə, spirtli içki və tütün məmulatlarının bahalaşmasının digər məhsulların qiymətinə hər hansı bir təsiri olmayacaq:

"Məsələ ondadır ki, bu məhsulların qiymətinin qalxmasının digər məhsulların qiymətinə o qədər də aşırı təsiri olmayacaq. Çünki spirtli içki və tütün məmulatlarının qiymətləri prosesdə açar qiymət rolunda çıxış etmir. Onun digər məhsulların qiymətinə təsirləri o qədər də deyil. Spirtli içki istehlakçı və istehsalçılarının xərclərinin artması və bu əsasda həmin məhsullar üzrə qiymətlərin bahalaşmasının heç bir digər məhsullara ciddi təsirləri olmayacaq”.

BakuCity.az

siqaret spirtli içkilər bahalaşma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər