Vaqif Əsədov: “Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özünü tərifləyir”

"Bizdə yol polisi ilə bağlı baş verən belə hadisələr bütün ölkələrdən öndədir"

Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə yol polisi əməkdaşları sürücüyə cərimə yazıblar və sonradan onun şəhid atası olduğunu biləndə yazdıqları cəriməni özləri ödəyərək şəhid atasından üzr istəyiblər. 

Bəs görəsən, bizim yol polisləri şəhid atasına və ya qardaşına nə vaxtsa belə bir jest edibmi? Edibsə, niyə bu günə kimi ictimailəşdirilməyib?

BakuCity.az-ın məlumatına görə, Moderator.az-ın sualını cavablandıran Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bu kimi hallarla polis əməkdaşlarının həmişə rastlaşdığını deyib:

“Mənə elə gəlir ki, yol polisi ilə bağlı belə hadisələr daha çox baş verir. Hesab edirəm ki, bizdə yol polisi ilə bağlı baş verən belə hadisələr nəinki qardaş Türkiyədən, bütün ölkələrdən öndədir. Yəni Azərbaycan polisində olan humanistlik, diqqət və qayğı, mənə elə gəlir ki, hər şeydən yüksəkdir. Bu gün Azərbaycan polisinin ictimaiyyətin rəğbətini qazanmaq və özünü sevdirmək, vətəntaş məmnunluğunun təmin edilməsi üçün etdikləri göz qabağındadır”.

Həmçinin oxu: Bakıda avtobus sürücüləri əks yola çıxdı, Vaqif Əsədov saxladı - VİDEO

V.Əsədov belə maraqlı hadisələrin mediada işıqlandırılmamasına da aydınlıq gətirib:

“Bu bizim mentalitetimizlə bağlıdır. Təsəvvür edin ki, dünən bir avtomobil yolda qaldığı üçün polis əməkdaşı sürücüyə kömək edərək avtomobili yolun hərəkət hissəsindən uzaqlaşdırıb. Bundan əvvəl yolun ortasında bir çuxur yaranıb və əməkdaşımız bel taparaq həmin yeri doldurub. Bunları biz desək, onda deyəcəklər ki, yol polisi özü öz fəaliyyətini tərifləyir. Əslində bunu sizlər və cəmiyyət yazmalıdır. Bu gün kimin nə problemi olursa, ilk olaraq polis yada düşür. Vətəndaşlarımızın məmnunluğu artıq yüksək səviyyədədir. Mən də bu gün Azərbaycan polisi olmaqdan qürur duyuram, sevinirəm ki, şərəfli bir peşə sahibiyəm və Azərbaycan kimi tanınmış bir dövlətin polis sıralarında xidmət edirəm”. 

BakuCity.az

Bakı Vaqif əsədov yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bir sıra istiqamətlər üzrə fəaliyyət 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlu...
Hakimiyyət
FHN də müvafiq tədbirlərə cəlb olunacaq Prezident İlham Əliye “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, fərmanın 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,”...
Cəmiyyət
Ümumilikdə 273 yoluxma faktı qeydə alınıb Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq...
Cəmiyyət
Əraziyə baxış keçirilib Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar. Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri iddia edib ki, ölkə...
Cəmiyyət
Ət məhsulları mağazalarında acınacaqlı vəziyyət Pandemiyanın geniş yayıldığı bir zamanda əsas məsələ təmizliyə, gigiyenaya diqqət yetirməkdir – həm işləyənlər, həm də evdə qalanlar üçün. Evdə qalan insanların ən çox istifadə etdikləri məhsulların arasında ət də var. Bəs ət məhsulları satan mağazalarda vəziyyət necədir? Dəfələrlə bu tip obyektlərə reydlər təşkil olunub, mağaza sahibləri cərimələnib. BakuCity.az-ın məlumatına görə, Baku.TV-nin əməkdaşları xü...
Cəmiyyət
Əməkhaqqı saxlanılır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilib...
Ekologiya
Mülayim şimal küləyi əsəcək Bakıda mart ayının son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 31-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9,...
Cəmiyyət
Sərfiyyat iki dəfə çox olacaq “Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, hazırkı...
Cəmiyyət
“Heç bir məhdudiyyət yoxdur” Sosial şəbəkələrdə bu gündən şəxsi avtomobillərə benzin satışının qadağan olunacağı ilə bağlı məlumatlar yayılıb. “SOCAR Petroleum” QSC-dən BakuCity.az-a bildirib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin fasiləsiz satışı davam edir. Hər kəs istədiyi miqdarda yanacaq əldə edə bilər: “Hazırda yanacaq satışında heç bir məhdudiyyət yoxdur”. “Azpetrol”dan da yayılan məlumatları təkzib ediblər. BakuC...