Bakının 300-ə yaxın təhsil işçisi təltif edilib

Bakının 300-ə yaxın təhsil işçisi təltif edilib

14 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb

2019-cu təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 288 nəfər təhsil işçisi təltif edilib.

İdarədən BakuCity.az-a verilən məlumata görə, belə ki, ölkə Prezidentinin sərəncamlarına əsasən, təhsilin inkişafında xüsusi xidmətlərinə görə 8 müəllim “Tərəqqi” medalına, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 16 müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.

Eləcə də  səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

Bakının 300-ə yaxın təhsil işçisi təltif edilib, fotoşəkil-1

BakuCity.az

Bakı təhsil işçiləri təltif
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər