Qiymətlər və təkliflər bənzərdir
BakuCity.az özəl günlərini və həftəsonlarını fərqli, qeyri-adi təamlardan dadmaqla keçirmək istəyənlər üçün paytaxtda Asiya mətbəxi ilə fəaliyyət göstərən məkanları araşdırıb.
"Haven"
Avropa və Asiya mətbəx nümunələrinin təqdim edildiyi restoranda müştərilərə Yaponiya, Tay, Çin və Hindistan kimi ölkələrin ən məşhur yeməkləri təklif olunur.
Məkanda ümumilikdə 16 zona (otaq) var ki, qiymətləri seçimə görə dəyişir. Zonaların 1 saatının qiyməti 10-20 manat arasında, depozitlə isə 3 saatı 50 manatdan 200 manata qədər təşkil edir. Gün ərzində limitsiz depozit isə 500 AZN-dir.
Qiymət cədvəli:
Menyu | Qiymət |
Maki xiyar ilə | 9 ₼ |
Maki yengəc ilə, Maki krevetka ilə | 12 ₼ |
Maki qızılbalıqla, Yaşıl roll, Krevet roll | 13₼ |
Salmon burger hot roll, Xirasaki rolları, Cucumber mix roll | 14₼ |
İstirollKoliforniya, Krevetkalı istiroll, Kaliforniyarolları, Acı rollqızılbalıqilə | 15₼ |
İsti roll Filadelfiya, Filadelfiya rolları, Qırmızı əjdaha rolları | 16₼ |
Qara əjdaha | 19₼ |
Suşi-miks dəsti | 54₼ |
Ünvan: Xaqaniküçəsi, 97
"Diamond Restorant & Launge"
Məkan, əsasən, qarışıq mətbəx nümunələri ilə xidmət göstərir. Asiya ölkələrindən isə burada Yaponiya mətbəxi, xüsusilə də suşilər məşhurdur.
Qiymət cədvəli:
Menyu | Qiymət |
Lasos tempura | 13₼ |
Filadelfiya maki | 12₼ |
Kaliforniya | 11₼ |
Draqon | 20₼ |
Yumurtalı suşi | 7₼ |
Unaqi lasos | 10₼ |
Ünvan: Təbriz küçəsi, 116
"Eleven"
Məkanda müştərilər Asiya qitəsindən Yaponiya, Çin və Tay kimi ölkələrin mətbəx nümunələrinə qonaq edilir. Burada hər həftənin 4-cü günü 30 AZN ödəyən hər bir müştəriyə limitsiz suşi verilir, cümə və şənbə günləri saat 19:00-dan 22:00-a qədər bütün menyuya 10% endirim, I-II-III-VI günlər isə yeməklərə 15%, içkilərə 10% endirim edir.
Menyu | Qiymət |
Kaliforniya roll, Filadelfiya roll, draqon roll | 22₼ |
Kappa maki, Qızılbalıq saşımi, | 17₼ |
Şake maki, Tuna saşımi | 19₼ |
Unaqi maki | 21₼ |
Katerpilar roll | 25₼ |
Havay roll | 26₼ |
Krevet saşımi | 18₼ |
Krevet nigiri | 14₼ |
Tuna nigiri | 16₼ |
Qızılbalıq nigiri | 15₼ |
Ədviyyəli qızılbalıq | 11₼ |
Kaliforniya | 12₼ |
İlanbalığı unaqi | 13₼ |
Kahı ilə temaki | 10₼ |
Maki | 38₼ |
Suşi | 42₼ |
Saşımi | 45₼ |
Suşi və saşımi | 47₼ |
Ünvan: Azadlıq prospekti, 1
Həmçinin oxu: Bakıda ləzzətli balıq yeməkləri harada verilir? - SİYAHI + QİYMƏTLƏR
"Sushisan"
“Sushisan” yapon mətbəxindən əsasən suşi çeşidlərini təklif edir. Çin mətbəxindən isə lakşalar, südlü acı salatlar və s. təamlar tək və set olaraq servis edilir.
Qiymət cədvəli:
Setlər | Qiymət |
Hot və Kold | 32 ₼ |
Millenium | 44₼ |
Sake/Salmon | 38₼ |
Draqon | 60₼ |
Premium | 56₼ |
“Special” – 1, 2, 3 | 26₼ |
Qolden | 28₼ |
Mini | 22₼ |
Suşisan | 89 ₼ |
Ünvan: “Nizami” m/s-nin yanı
"Hollywood Diamond"
Restoran qarışıq mətbəx növü ilə xidmət göstərir. Asiya mətbəxindən isə burada Yaponiya və Çin yeməkləri, xüsusilə də suşi çeşidləri servis edilir. Ad gününü qeyd edənlər üçün otaqlar pulsuz bəzədilir.
Qiymət cədvəli:
Setlər | Qiymət |
Suşi set (24 roll) | 35 ₼ |
Sake maki | 12 ₼ |
Hott tempura roll, Hollivud ura maki | 15 ₼ |
Filadelfiya ura maki, Kanada ura maki | 14 ₼ |
Ünvan: M.Kaveroçkin küçəsi, 13
"Çinar"
Çinar restoranı Asiya mətbəxindən Yaponiya, Çin, Malayziya, Sinqapur və Tailand kimi ölkələrin bütün yeməklərini təklif edir.
Burada qonaq olsanız, 5% xidmət haqqı hesabınıza əlavə olunacaq.
Qiymət cədvəli:
Saşimi/nigiri/suşi | Qiymət | Suşi roll | Qiymət |
Premium saşimi | 38₼ | Kaliforniya krab | 17₼ |
Unaqi kabayaki | 23₼ | Draqon, Filadelfiya, Krab tempura | 22₼ |
Nigiri suşi | 18₼ | Una-Q roll | 20₼ |
Acılı qızılbalıq | 18₼ |
Ünvan: Şövkət Ələkbərova küçəsi, 1
"Mado Japanese"
Restoran, adından da bəlli olduğu kimi, yalnız yapon mətbəxi ilə xidmət göstərir.
İştahaçanlar | Qiymət |
Xırtıldayan kalmar | 13.20 ₼ |
Maquro tataki | 22 ₼ |
Negi maki | 16.20 ₼ |
Qarışıq kokteyl | 15 ₼ |
Zoğalı qızılbalıq yaki | 15.80₼ |
Mal əti satay | 14.40 ₼ |
Salat | Qiymət | Şorba | Qiymət |
Krab salatı, təzə tuna salatı | 10 ₼ | Miso | 8.50 ₼ |
Qarışıq salat | 14.90 ₼ | Mini kake udon, mini soba, | 9.20 ₼ |
Mado sezar salatı | 15.90 ₼ | Qarışıq | 11.50 ₼ |
Unaqi salatı | 19.80 ₼ | Düyü ilə qızardılmış qızılbalıq | 11.70 ₼ |
Dəli salat | 10.80 ₼ | Tom yum, Dəniz miso | 10.70 ₼ |
Mal əti salatı | 11.60 ₼ | İsti turş | 8.70 ₼ |
Dəniz yosunu salatı | 5.90 ₼ | Yuqaejanq | 9.80 ₼ |
Saşimi və nigiri | Qiymət |
Çeşidli saşimi | 16.90₼ |
Xüsusi çeşidli saşimi | 23.90₼ |
Kobaşira | 4.20₼ |
Tako | 4.80₼ |
Hamaçi, Unaqi | 5.50₼ |
Çeşidli tobiko | 10.50₼ |
Çeşidli nigiri | 16.90₼ |
Xüsusi çeşidli nigiri | 32.90₼ |
Suşi roll | Qiymət |
Tuna və manqo roll | 12.50₼ |
Qarışıq, manqo və avokado | 13.70₼ |
Krab və avokado | 12 ₼ |
Tekka maki | 13.20 ₼ |
Dəniz məhsulları maki, Qızıl roll | 14.40₼ |
Acılı tuna və qızılbalıq, Filadelfiya, Manqo və avokado | 12.80 ₼ |
Göy qurşağı | 14.80 ₼ |
Kaliforniya maki | 11 ₼ |
Əjdaha | 16 ₼ |
Una-kyu maki | 20 ₼ |
Mado | 21.50 ₼ |
Tokio | 25 ₼ |
Çeşidli suşi | 38₼ |
Ünvan: İnşaatçılar prospekti
"La Marea"
Məkan hər həftənin 1-ci günü “Burger al, digərini pulsuz əldə et”, 2-ci günü “Limitsiz suşi = 25 AZN”, 3-cü günü “Xanımlara pulsuz qəlyan” və nəhayət, 4-cü gün “Pulsuz badə şərab” aksiyaları ilə müştərilərini sevindirir. Restoran qarışıq mətbəx növü ilə xidmət göstərir.
Qiymət cədvəli:
Menyu | Qiymət |
Qara əjdaha roll | 15₼ |
Kaliforniya roll, Ebi tempura roll, Unaqi maki | 12₼ |
Filadelfiya roll, Unaqi isti roll, Ebi isti roll, | 14₼ |
Saki maki, Kani maki, Kyuri maki | 8₼ |
Ebi maki | 10 ₼ |
Ünvan: Nobel prospekti, 15
Nuş olsun!
Ramilə Qardaşxanqızı
BakuCity.az