Bir sıra marşrut xətlərinin hərəkətində dəyişiklik edilib - SİYAHI

Bir marşrut xəttinin işi dayandırılıb

Badamdar qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlərini nəzərə alaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qəsəbə sakinlərinin “Elmlər Akademiyası” metro stansiyası, Statistika Komitəsi, “Gənclik” metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və “Dərnəgül” m/st istiqamətində birbaşa daşınmasının, eyni zamanda, A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrutdan hər iki istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək.

Qeyd edilən bütün dəyişikliklər dekabrın 30-dan tətbiq olunacaq.

3 nömrəli marşrutun Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid pr. istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik edilib. Belə ki, 

- 53 nömrəli xətt üzrə avtobuslar; “20-ci Sahə” dairəsi istiqamətində: Badamdar qəsəbəsi – Badamdar şosesi – Parlament prospekti – Azneft dairəsi – Neftçi Qurban küçəsi – Bibiheybət yolu – 20-ci Sahə dairəsi Badamdar qəsəbəsi istiqamətində: 20-ci Sahə dairəsi – Mikayıl Useynov küçəsi – Azneft dairəsi – Parlament prospekti – Badamdar şosesi - Badamdar qəsəbəsi istiqamətində hərəkət edəcək.

- Həmçinin, Binə “Atçılıq” adlanan ərazidə yaşayan sakinlərin Binə qəsəbəsində yerləşən dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin aradan qaldırılması məqsədilə 160 A nömrəli müntəzəm marşrut xətti təşkil edilib. 160 A nömrəli marşrut xətti üzrə avtobuslar; Binə qəsəbəsi istiqamətində: Binə “Atçılıq” adlanan yaşayış sahəsi – Binə qəsəbəsi (Əli İsazadə küçəsi) –326 nömrəli məktəb (Şah İsmayıl Xətai küçəsi) Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində: Binə qəsəbəsi (326 nömrəli məktəb) - Şah İsmayıl Xətai küçəsi - Əli İsazadə küçəsi - Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində hərəkət edəcək.

- Hövsan qəsəbəsindən Türkan qəsəbə mərkəzi istiqamətində marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla isə 210T nömrəli müntəzəm marşrutlar təşkil edilib. 210T nömrəli marşrut xətti üzrə avtobuslar; Türkan qəsəbəsi istiqamətində: Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) – Hövsan şosesi – Türkan qəsəbəsi (119 nömrəli məktəb) Hövsan qəsəbəsi istiqamətində: Türkan qəsəbəsi (119 nömrəli məktəb) - Hövsan şosesi – Elman Qasımov küçəsi - Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) istiqamətində hərəkət edəcək.

Ə.Hacıyev küçəsinin ensiz olması, dayanacaq cibinin olmaması və həmin küçədə avtobusların yaratdığı sıxlığın aradan qaldırılması məqsədi ilə 106, 113, 191 və 213 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək son dayanacaq məntəqəsi Qara Qarayev prospektində (kənar hərəkət hissəsi) təşkil edilib. “Qara Qarayev” metro stansiyası istiqamətində: Şirin Mirzəyev küçəsi – Tofiq Abbasov küçəsi – Azər Manafov küçəsi - Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı). Bakıxanov dəmiryol stansiyası istiqamətində: Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı) – Azər Manafov küçəsi – Tofiq Abbasov küçəsi – Şirin Mirzəyev küçəsi daha sonra mövcud xətt üzrə.

76 və 78 nömrəli marşrutların başlanğıc və son dayanacaqlarının eyni olması və marşrutların bir birinin hərəkət sxeminin təkrarlanması səbəbindən 78 nömrəli marşrut ləğv edilib. Bununla əlaqədar 76 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib. “Neftçilər” metro stansiyası istiqamətində: Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi) - Nazim İsmayılov küçəsi – Eldar Xəlilov küçəsi – Muxtar Fətəliyev – Ruhulla Axundov küçəsi - Sakit Qocayev küçəsi daha sonra mövcud xətt üzrə. Bakıxanov qəsəbəsi istiqamətində: Sakit Qocayev küçəsi - Ruhulla Axundov küçəsi - Muxtar Fətəliyev – Eldar Xəlilov küçəsi - Nazim İsmayılov - Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi).

BakuCity.az

Bakı avtobus marşrut xətti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Eldar Həsənov kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçı...
Siyasət
Rusiyanın Ermənistana silah verməsi tənqid olunub. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi...
Siyasət
Bakı və Ankaranın Qarabağ planı... “Türkiyə-Azərbaycan yaxınlaşması Rusiyanı qıcıqlandıracaq, öz ənənəvi siyasətini davam etdirəcək. Amma bu, əbədi olaraq belə qala bilməz. Rusiya buradakı maraqlarını güdürsə, o zaman bir sıra amillə hesablaşmalıdır”. Keçmiş diplomat, politoloq Fikrət Sadıqov belə düşünür. BakuCity.az  Fikrət Sadıqovun müsahibəsini təqdim edir. - Türkiyə və Azərbaycandan qarşılıqlı səfərlərin sayı artıb, elə bu günlərdə birgə irimiqyaslı h...
Siyasət
Rusiya son bir aya yaxın vaxtda fasiləsiz olaraq Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə edib. BakuCity.az xəbər verir ki, bu proses Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda başlayıb və hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılıb. Bütün bunlar isə Azərbaycanın Rusiya ilə əlaqələrə böyük diqqət ayırdığı, bu ölkədə böyük investisiya layihələri icra etdiyi bir vaxtda reallaşıb. Prezident İlham Əliyev Rusiya prezidenti i...
Cəmiyyət
Avqustun 13-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. BakuCity.az  II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını (Azərbaycan və rus bölmələri) təqdim edir: II ixtisas qrupu (Azərbaycan bölməsi); II ixtisas qrupu (rus bölməsi);...
Kriminal
"Maqa" ləqəbi ilə tanınan Məhərrəm Hüseynov öldürülüb. Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb. BakuCity.az xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib. Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəmə...
Cəmiyyət
BŞİH əhaliyə xəbərdarlıq edib. Avqustun 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a  Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. "Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq...
Cəmiyyət
Karantin qaydalarına uyğun olaraq əhaliyə növbəti dəfə xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. BakuCity.az xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, 15 və 16 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyə...
Cəmiyyət
Təhsil naziri Emin Əmrullayev vətəndaşlara müraciət edib. "COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm". BakuCity.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Emin Əmrullayev qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini art...