7 nəfər saxta viskidən zəhərlənib
Bakıda iki nəfərin ölümünə səbəb olan saxta içkilərin istehsal olunduğu sex aşkarlanıb.
BakuCity.az-ın Oxu.az istinadən verdiyi məlumata görə, sex paytaxtın Binəqədi rayonunda aşkarlanıb.
Sexin Səxavət adlı şəxsə aid olduğu bildirilir.
Həmçinin oxu: Bakıda içkidən zəhərlənib ölən polis zabitinin görüntüsü yayıldı - VİDEO
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.
Qurbanlardan biri Nərimanov rayonu 18-ci Polis Bölməsinin cinayət-axtarış şöbəsinin müdiri 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub.