Bayram yaxınlaşdıqca pirotexniki məmulatlar artır

Bayram yaxınlaşdıqca pirotexniki məmulatlar artır

Yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulatlar götürülüb

Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Bakı şəhər sakini İ.Babayevdən 1073 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib olunub.

BakuCity.az

Bakı pirotexniki məmulatlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər