Bakıda yeni yarımstansiyalar inşa edilir

“Binə Aqro” yarımstansiyası istismara verilib

İstehlakçıların kefiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2019-cu il ərzində Binəqədi rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/6 kV-luq “ETK-4” yarımstansiyası tam yenidən qurulub.

BakuCity.az-ın məlumatına görə, bunu bu gün "Azərişıq"ASC-nin ilin yekunlarına həsr olunan mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, yarımstansiyada 110 kV-luq açıq, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular yeni inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub, 2x40 MVA gücündə transformator quraşdırılıb, qapalı paylayıcı qurğular 2 mərtəbəli binada yerləşdirilməklə növbətçi personal üçün bütün lazımi şərait yaradılıb. Xəzər rayonu ərazisində 35/6 kV-luq 2x25 MVA gücündə “Binə Aqro” yarımstansiyası inşa edilərək istismara verilib.

"Azərişıq" sözçüsü Xətai rayonunda görülən işlərdən də danışıb:

"Xətai rayonunda 10/0,4 kV-luq 2x1600 kVA gücündə 276 saylı, 2x1000 kVA gücündə 3440 saylı, Yasamal rayonunda 6/0,4 kV-luq 2x1000 kVA gücündə 394 saylı, 10/0,4 kV-luq 2x1600 kVA gücündə 3330 saylı, 2x2500 kVA gücündə 465 saylı, 2x1600 kVA gücündə 19 saylı, 2x1000 kVA gücündə 447 saylı, Nərimanov rayonunda 10/0,4 kV-luq 2x1000 kVA gücündə 456 saylı, Səbail rayonunda 10/0,4 kV-luq 2x1600 kVA gücündə 944 saylı, Binəqədi rayonunda 6/0,4 kV-luq 2x1000 kVA gücündə 591 və 499 saylı, Xəzər rayonunda 6/0,4 kV-luq 1000 kVA gücündə “Binə Aqro” və “Qrand Aqro”, Suraxanı rayonunda 6/0,4 kV-luq 630 kVA gücündə Hövsan zeytun zavodunun transformator məntəqələri inşa edilərək və yenidən qurularaq istismara verilib".

"Ağstafa rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağstafa”, Biləsuvar rayonunda 110/35/10-6 kV-luq 2x25+10 MVA gücündə “Səmədabad”, Ağdam rayonunda 110/10 kV-luq 16 MVA gücündə “Ergi” yarımstansiyaları əsaslı surətdə yenidən qurulub, Sumqayıt şəhərində 35/6 kV-luq 4 MVA gücündə “Tuqzavod”, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə “Yeni Yaşma” yarımstansiyaları yeni inşa edilib".

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 13 fevral və 28 oktyabr 2019-cu il tarixlərində açılışı həyata keçirilən Beyləqan rayonundakı 110/35/10 kV-luq 2x25 MVA gücündə “Beyləqan-1”, Qəbələ rayonundakı 110/35/10 kV-luq 2x40 MVA gücündə “Qəbələ” və Ağdaş rayonundakı 110/35/10 kV-luq 2x2,5 MVA gücündə “Ağdaş” yarımstansiyaları tam şəkildə yenidən qurulub.

Bakı şəhərinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan təlabatın ödənilməsi üçün Xəzər rayonunda 1 yeni inşa edilmiş 10/35/10 kV-luq 2x40 MVA gücündə “Buzovna-1”, Yasamal rayonunda 110/35/10 kV-luq 2x50 MVA gücündə “Bayramzadə” yarımstansiyalarında tamamlama, Pirallahı rayonunda 110/35/6 kV-luq 2x40 MVA gücündə “Pirallahı” yarımstansiyasının tikinti işləri aparılmaqdadır.

Hesabat dövründə istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda 161 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 27,9 km 110 kV-luq, 44,1 km 35 kV-luq, 409,5 km 10 və 6 kV-luq, 36,2 km 0,4 kV-luq, 3066,3 km 0,4 kV-luq ÖİN hava xətləri çəkilib və təmir olunub, 46,6 km 110 kV-luq, 122,4 km 35 kV-luq, 344,3 km 10 kV-luq, 757 km 0,4 kV-luq kabel xətləri çəkilib. 2019-cu ildə 101 ədəd 110 kV-luq, 347 ədəd 35 kV-luq, 2895 ədəd 10 və 6 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 80 km 110 kV-luq, 510,2 km 35 kV-luq, 1567,8 km 10 və 6 kV-luq, 1600,4 km-ə yaxın 0,4 kV-luq elektrik verliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb, 452 ədəd 10 və 6 kV-luq transformator əsaslı təmir olunub.

Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb, bu işlər 46 rayonu, 76 kənd və qəsəbəni əhatə etməklə hesabat dövründə 19 kənd üzrə işlər tam yekunlaşdırılıb.

Hesabat müddəti ərzində ümumilikdə 281 300 ədəd olmaqla əhali istehlakçılarına aid 264 200 ədəd, qeyri-əhali istehlakçılarına aid 17 100 ədəd uçot dəstləri bərpa olunub. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 17 216,5 min kVt x saat olmuş ümumi yığım səviyyəsi 95,6 %-ə çatdırılıb.

Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında 84 mln. kVt x saat elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

“Azərişıq” ASC-də “Asan Kommunal” Mərkəzləri vasitəsi ilə abunəçilərə göstərilən xidmətlərin dairəsi daha da genişləndirilmiş və hazırda istehlakçılara 16 növ xidmət göstərilir.

BakuCity.az

Bakı yarımstansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az