Bakı Metropolitenində yenilik - Sərnişinləri onlar salamladı

Bakı Metropolitenində yenilik - Sərnişinləri onlar salamladı, Arzu

Metropoliten rəhbərliyi sərnişinləri xüsusi layihələrlə təbrik edəcək

Bakı metrosunda Yeni il münasibətilə sərnişinləri bu dəfə onlar təbrik etdi. 

BakuCity.az xəbər verir ki, "Həzi Aslanov" stansiyasından "İçərişəhər", eləcə də "Dərnəgül" stansiyalarına qədər müxtəlif sənətçilər, həmçinin televiziyanın aparıcıları stansiyaların adını səsləndirir, sərnişinləri Yeni il münasibətilə təbrik edir və sonda öz adlarını qeyd edirlər.

Həmin sənətçilər içərisində Azərbaycan Televiziyasının aparıcı-diktoru Oleq Əmirbəyov, tanınmış sənətçilər Bəhram Bağırzadə, Miri Yusif, Aqil M.Quliyev, DJ Fateh, Murad Dadaşov da var idi. 

Qeyd edək ki, Bakı Metropoliteni, həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək.

Yeni il sənətçilər Bakı metrosu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər