Azərbaycanın orqanik xəritəsi hazırlanacaq - MÜSAHİBƏ

Pilot orqanik məhsul istehsalı təsərrüfatı yaradılacaq

BakuCity.az Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təsisçisi və sədri Emin Əliyevin müsahibəsini təqdim edir

- Emin müəllim, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təsis edilməsi hansı zərurətdən yarandı?

- AOPE bu ilin 21 iyun tarixində təsis edilmişdir və 02 avqust tarixində dövlət qeydiyyatına alınmışdır. AOPE-nin təsis konfransında iştirak edənlərin böyük əksəriyyəti bu cür birliyin hələ çox-çox əvvəl yaradılmalı olduğunu bildirdilər. Bildiyiniz kimi 2015-ci ildən sonra ölkəmizin iqtisadi sistemi yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Artıq qeyri-neft sektoruna yanaşma tamamilə dəyişdi və yeni inkişaf meyilləri yarandı. 2016-cı ilin 6 dekabr tarixində imzalanmış fərmanda Milli iqtisadiyyatımızın strateji yol xəritələri  təsdiq edildi. Bu sənəddən aydın şəkildə görünürdü ki, iqtisadiyyatımız çoxşaxəli inkişaf perspektivlərinə malikdir və bu sahələrdən biri də ekoloji təmiz məhsul istehsalı və ixracatının stimullaşdırılmasıdır.

Bu məqamda bunu xüsusilə vurğulamaq istərdim ki, İqtisadiyyat Nazirliyinin bu sahədə bizlərə dəstəyi əvəzedilməz olmuşdur. Məhz onların dəstəyi ilə biz AOPE-ni təsis etdik. O ki qaldı yaranma zərurəti məsələlərinə, bildiyiniz kimi ölkəmiz zəngin iqlim şəraitinə sahibdir. Hətta bəzi hallarda Afrikanın endemik bitkilərini belə ölkəmizdə yetişdirmək olur və bunun kifayət qədər nümunələri vardır. Bununla yanaşı ölkəmiz ənənəvi kənd təsərrüfatı ölkəsi sayıldığından məhsulların becərilməsi qaydalarında təbiilik qorunub saxlanmışdır. Eyni zamanda vətəndaşlarımız da təbii məhsulların istehlakına meyillidir.

Son zamanlar dünyada orqanik qidalara olan meyil, yeni trendlər bu sahəyə marağı artırmışdır. Biz isə 8 il öncə həyatımızın axarını təbii qidalanmaya yönləndirmişik və ətrafımızda olan insanları da bu yaşayış tərzinə yönəltmişik. Orqanik məhsullara qida kimi deyil, artıq bir həyat tərzi kimi baxmışıq. Bölgələrimizi qarış-qarış gəzmişik, bu sahədə xeyli araşdırmalar etmişik. Nəticədə ölkəmizin orqanik məhsul istehsalı və ixracı potensialına tam əmin olmuşuq. Bu ilin yay aylarında da qərar verdik ki, artıq bir ictimai birlik kimi fəaliyyət göstərməyə başlayaq və bu sahənin dinamik inkişafının təmin edilməsi üçün addımlar ataq. Təsis edilməyimizdən qısa vaxt keçməsinə baxmayaraq artıq bir neçə böyük layihə edə bilmişik və ölkəmizin ən fəal ictimai birliklərindən biriyik. 

- Orqanik qida dediyimiz zaman nəyi başa düşməliyik? Kənd məhsulu ilə orqanik məhsul arasında fərq varmı və AOPE milli orqanik brendlərin yaradılmasında hər hansısa bir layihə nəzərdə tuturmu?

- Orqanik məhsulun sadə bir tərifi vardır: sintetik kimyəvi gübrələr, pestisidlər, artım requlyatorları və yem qatqılarının istifadəsinə tam olaraq və ya əhəmiyyətli dərəcədə yol verilməyən istehsal sistemi ekoloji təmiz kənd təsərrüfatı adlanır. Orqanik məhsul adını almaq üçün əsas şərt bu məhsulun orqanik sertifikatının olmasıdır. Ölkəmizdə orqanik sertifikatlı məhsullar vardır və bu məhsullar ixrac edilir. O ki qaldı təbii kənd məhsullarına, AOPE buna cəhd edir ki, təbii kənd məhsulu istehsal edən fermer bu biznesini genişləndirərək öz məhsulunu markalaşdırsın, brendləşdirsin və ixrac etsin. Daha çox gəlir qazansın. Onu da deyim ki, hal-hazırda təbii kənd məhsulu adlanan məhsulların çox böyük əksəriyyəti orqanik hesab edilə bilməz. Amma mən əminəm ki, bu məhsullar orqanik standartlara çox yaxın bir şəraitdə yetişdirilir və fermer bir qədər zəhmət çəkməklə bu məhsulu sertifikatlaşdırıb həm daxili, həm də xarici bazarlara orqanik sertifikatlarla çıxarda bilər. AOPE bu il fermerlərin bu sahədə olan məlumatsızlığını aradan qaldırmaq məqsədilə bir neçə maarifləndirmə layihəsi etmişdir. Gələn ildən etibarən isə bu cür maarifləndirici tədbirlərin sayının artırılması və daha çox fermeri əhatə etməsin planlaşdırırıq.

AOPE ictimai birlikdir, qeyri-kommersiya təşkilatıdır. Hər hansı bir qazanc nəzərdə tutulan fəaliyyətlə məşğul olması qanunla qadağandır. Biz əsasən maarifləndirici, təşviqedici funksiya daşıyırıq. Biz milli brendlərin, markaların yaradılmasını təşviq edirik. Bu marka və brendlər “Made in Azerbaijan” adı ilə dünya bazarlarına çıxarıla və ölkəmizə valyuta cəlb edilə bilər. Bu məqsədlə ölkəmizdə fəaliyyət göstərən bir neçə ictimai birlik, assosiasiya, dövlət təşkilatları, kommersiya subyektləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. 18 dekabr tarixində AOPE-nin təşkilatçılığı ilə “Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı” mövzusunda konfrans keçirildi. Konfransın gedişində Azərbaycan Arıçılar Assosiasiyası, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, İstehlakçıların hüquqlarının müdafiəsi İctimai Birliyi ilə beştərəfli əməkdaşlıq memorandumu imzaladıq.

Eyni zamanda ölkəmizdə orqanik sahədə milli kadrların hazırlanması istiqamətində əməkdaşlıq məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə memorandum imzaladıq və növbəti ildən bu istiqamətdə layihələrin icrasına başlayacağıq. Əsas məqsədimiz bir neçə il öncə açılmış, lakin sonradan ləğv edilmiş Ekoloji təmiz kənd təsərrüfatı kafedrasının yenidən açılmasını və bu sahədə mütəxəssislərin yetişdirilməsini təmin etməkdir. Bundan başqa, praktiki layihələr icra etmək məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edirik. AOPE üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müəyyən bir sahə ayrılmışdır və biz 2020-ci ilin yazında İnstitut ilə birlikdə ekoloji təmiz məhsul istehsalı istiqamətində layihələrin icrasına başlayacağıq.

- Bu yaxınlarda Şamaxı şəhərində Sakura bağının salınması layihəsini icra etdiniz. Bu layihənin əsas mahiyyəti nədən ibarətdir? 

- 2017-ci ilin fevral ayında İqtisadiyyat Nazirliyinin xətti ilə Yaponiyada işgüzar səfərdə oldum. Bu səfər çərçivəsində görüşdüyüm insanlarla, rəsmilərlə müzakirələrimiz Yaponiyanın milli sərvəti olan sakuranın Azərbaycana gətirilməsi, burada onun çoxaldılması, parklarımızda, yol kənarlarında gözəlliyi ilə seçilən bu ağacların əkilməsini təmin etmək idi. Ölkəmizə qayıtdıqdan sonra isə bir il yarım mənim Yaponiyada tanış olduğum şəxslərlə yazışmalarım oldu. Lakin heç bir nəticə əldə edə bilmədim. 2018-ci ilin yay aylarında Yaponiyadan olan bir qrup iş adamı mənimlə görüşmək istədiklərini bildirdilər və mən də məmnuniyyətlə razılıq verdim. Bu görüşdə mən bir daha bu ideyamı səsləndirdim. Bu görüşdən sonra mənim yaponlarla daha üç görüşüm oldu və biz ölkəmizdə sakura parkının salınması məsələsində tam razılaşdıq.

Sakura parkının hansı rayonda salınması məsələsi gündəliyə gələn zaman mənə bir neçə şəxs müraciət etdi ki, bu park məhz onların rayonunda salınsın. Mən isə Şamaxı rayonuna üstünlük verdiyimi dedim və rayonun rəhbərliyi ilə danışıqlar apardıqdan sonra qərar verdik ki, park məhz bu rayonda salınacaq. Bu ilin 24 dekabr tarixində, cənab Prezidentin ad günündə biz bu parkı saldıq. Bu park Ulu öndər Heydər Əliyevin “Hərəyə bir ağac əkək” çağırışına, eyni zamanda “Nəsimi ili” çərçivəsində 650 min ağacın əkilməsi layihəsinə bir töhfəmiz idi. Bu layihənin davamı olaraq biz Yaponiyada Azərbaycanın milli ağac sortlarındən ibarət bir park salacağıq. Bu parkda milli alma, armud, gilas sortları ilə yanaşı Zəngilan xan çinarının da əkilməsini təmin edəcəyik. Zəngilan xan çinarından ibarət Bəsitçay qoruğu dünyada analoqu olmayan bir qoruqdur. Ölkəmizin təbliği baxımından bu ağacların əkilməsini çox əhəmiyyətli hesab edirik.

AOPE-nin fəaliyyət sahələrindən biri də milli sortlarımızın qorunması, çoxaldılması, brendləşdirilməsi və dünya bazarlarına çıxarılmasının təbliğidir. Buna görə də biz bu istiqamətdə bir neçə layihələrin icra edilməsini planlaşdırırıq.

- 2020-ci ilə hansı böyük layihələr nəzərdə tutulub? 

- Hazırda dörd layihə üzərində işlər tamamlanmaq üzrədir və növbəti ildə bu layihələri icra etməyə başlayacağıq. İlk layihəmiz fermerlərimizin maarifləndirilməsi layihəsidir ki, bunu mütəmadi olaraq davam etdirməyi planlaşdırırıq. Əsas məqsədimiz ənənəvi kənd təsərrüfatından orqanik kənd təsərrüfatına keçid dövrünün elementləri barədə fermerləri məlumatlandırmaqdır. Bəzi hallarda isə fermerlər məlumatsız olduqları halda orqanik məhsul istehsal edirlər, amma bunu markalaşdıraraq bazara çıxarmırlar. Bu isə maliyyə itkisidir.

Növbəti layihəmiz isə pilot orqanik məhsul istehsalı təsərrüfatının yaradılmasıdır. Biz bu layihəni Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə bir yerdə edəcəyik və fermerlərə praktiki olaraq orqanik təsərrüfatla bağlı nümunə göstərəcəyik. Üçüncü layihəmiz isə hazırda ölkəmizdə ekoloji təmiz məhsul istehsal edən istehsalçıların datasının hazırlanması və əldə edilmiş məlumat bazasının üzərindən fermerlərlə, istehsalçılarla əməkdaşlıqların qurulmasını təmin etməkdir. Eyni zamanda orqanik istehsalçılar arasında məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə onların mütəmadi görüşlərini də təşkil edəcəyik.

Miqyas və həcminə görə ən böyük layihəmiz isə ölkəmizin orqanik xəritəsinin yaradılmasıdır. Əslində təxminən 2 ildir biz çalışırıq ki, ölkəmizin bütün torpaq sahələrinin etüd xəritələri çıxarılsın. Bu xəritə hansı torpaq sahəsində hansı kateqoriyadan olan subyektlərin yaradılması, torpaqların təyinatına müvafiq işlənməsi və bu qəbildən olan məsələləri kökündən həll edir. Lakin bu xəritənin hazırlanması istiqamətində addımların atılmadığının şahidi oluruq. Biz öz növbəmizdə ölkəmizin orqanik istehsal potensialının böyük olduğunu hesab etdiyimizə görə bu xəritənin yaradılması və hansı bölgələrimizin orqanik istehsal üçün müvafiq olduğunu müəyyənləşdirməyi qarşımıza məqsəd qoymuşuq.

Ümid edirik ki, 2020-ci il 2019-cu ildə əldə etdiyimiz uğurların qat-qat artığı ilə xarakterizə ediləcəkdir və hər birimiz üçün uğurlu olacaqdır.

BakuCity.az

Emin Əliyev orqanik məhsul AOPE
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...