Kirayə mənzillərin satış şərtləri çətindir, dəyişikliklərə ehtiyac var - TƏKLİFLƏR

"Mövcud şərtlər subay vətəndaşlarımızın mənzilə sahib olmaları üçün xeyli çətinliklər yaradır"

Yaxın zamanlarda satın almaq məqsədilə kirayə mənzillərin təklif edilməsi gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq.

BakuCity.az xəbər verir ki, CESD beyin mərkəzi kirayə mənzillər üçün müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər göstərir ki, kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, bu, xüsusilə, aztəminatlı ailələr, qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər.

CESD-in rəhbəri Vüqar Bayramovun sözlərinə gröə, şərtlərə əsasən, müraciətçilər kredit tarixçəsinə görə 3 yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur.

Həmçinin oxu: Satışa çıxarılacaq kirayə mənzillərlə bağlı ən çox verilən suallara cavab - VİDEO

Məsələ ilə bağlı V.Bayramov bir sıra təkliflərlə çıxış edib:

“Bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün təklif edirik ki, müraciətlərin kredit tarixçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalvasiyadan sonra bir çox vətəndaşlarımızın kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən də sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi əksər hallarda vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. Bu baxımdan müraciətlərin kredit tarixçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin.

Şərtlərə uyğun olaraq ödəmə qabiliyyəti müəyyənləşdirilən zaman vətəndaşlar 2 hissəyə - subay və ailəli qruplarına ayrılacaq və kredit tarixçəsinə uyğun olaraq vətəndaşların ödəmə qabiliyyəti müəyyənləşdiriləcək. Məsələn, əgər kredit tarixçəsi müsbətdirsə, ərizəçi subay olduğu halda onun xalis orta aylıq gəlirinin 50%-i, evli olduqda isə xalis orta gəlirinin 70%-i nəzərə alınacaq. Xalis orta aylıq gəlir müəyyənləşdirilən zaman ailədə olan hər bir ailə üzvünün hesablanmış yaşayış minimumu müəyyənləşir və gəlirdən çıxıldıqdan sonra xalis gəlir müəyyən edilir. Ancaq aylıq xalis gəlir müəyyənləşdirilən zaman xərcin məbləgi kifayət qədər böyük olur. Çünki 2020-ci ildən etibarən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 201 manat, uşaqlar üçün 170 manat, ölkə üzrə isə 190 manat səviyyəsində müəyyənləşdirilib. Bu isə o deməkdir ki, əgər ailədə, orta hesabla 4 nəfər varsa, o zaman 4 nəfərin xərci 760 manat edir və gəlirlərdən 760 manat çıxıldıqdan sonra xalis orta aylıq gəlir müəyyənləşir.

Çətinlik yaradan məqamlardan biri də odur ki, kredit tarixçəsi müsbət və mənfi qiymətləndirilən ərizəçilər evli olduqda onların xalis orta gəliri ilə bağlı müəyyənləşdirilmiş faiz eynidir. Yəni müsbət kredit tarixçəsi olan vətəndaşımızın da orta aylıq gəlirinin 70%-i, kredit tarixçəsi mənfi hesab olunan vətəndaşımızın da xalis orta aylıq gəlirinin 70%-i əsas götürüləcək. Bu nöqtədən yanaşanda ailəli vətəndaşlarımız üçün kredit tarixçəsinin müsbət və ya mənfi olması heç bir əhəmiyyət daşımır. Əgər heç bir əhəmiyyət daşımırsa, kredit tarixçəsinin müsbət və ya mənfi olaraq qiymətləndirilməsinin əhəmiyyəti də başa düşülmür. Ərizəçi subay olduqda müəyyənləşdirilmiş faizlər subay vətəndaşlarımız üçün müraciət baxımından çətinliklər yaradır, çünki ərizəçi subay olduqda orta aylıq gəlirinin 50%-i maksimal ödəmə qabiliyyəti olaraq götürülür. Yəni əgər vətəndaş subaydırsa və onun aylıq əməkhaqqı 800 manatdırsa, ondan 190 manat çıxılır və qalan 610 manatın 50%-i götürülür. Aylıq əməkhaqqı 800 manat olan subay vətəndaşımızın hətta kredit tarixçəsi müsbət olsa belə, onun üçün aylıq ödəmə məbləği maksimum 305 manatdır. Yəni o, aylıq ödənişi maksimum 305 manat olan kirayə mənzilə iddia edə bilər. Bu isə o deməkdir ki, aylıq 800 manat qazancı olan subay vətəndaşımızın kredit tarxiçəsi müsbət olsa belə, kirayə mənzil üçün müraciət edib ona sahib ola bilməyəcək.

Qənaətbəxş qiymətləndirildikdə də xalis aylıq orta gəlirin 40%-i müəyyənləşir. Yəni aylıq əməkhaqqı 800 manat olan subay vətəndaşımızın orta aylıq əməkhaqqından 190 manat çıxıldıqdan sonra onun aylıq ödəniş məbləgi 244 manat olacaq. Bu isə o deməkdir ki, qənaətbəxş kredit tarxiçəsinə malik subay vətəndaşımız ayda 800 manat əməkhaqqı alırsa, kirayə mənzilə sahib olma imkanları kifayət qədər çətinləşəcək.

Eyni zamanda, ailəli vətəndaşlar üçün 70%-in müəyyənləşdirilməsi doğru deyil. Əgər ailədə 2 nəfər çalışırsa, onların birgə aylıq əməkhaqqı 1500 manatdırsa və ailənin 4 nəfər üzvü varsa (2 valideyn, 2 uşaq), o zaman ailə üçün yaşayış minimumu 760 manatdır. 1500 manat 760 manat çıxıldıqdan sonra yerdə qalan gəlir 740 manatdır. Bu halda ailə maksimim 518 manat ödəniş qabiliyyətinə malik olan müraciətçi kimi götürüləcək. Bu isə o deməkdir ki, əgər 3 otaqlı mənzildə aylıq ödəniş haqqı 600 manat olacaqsa, ayda 1500 manat əməkhaqqı alan və ailədə 2 uşağı olan ailə bu mənzillərə müraciət edib üçotaqlı mənzilə sahib ola bilməyəcək.

Həmçinin oxu: Kirayə mənzillərlə bağlı - MÜHÜM YENİLİK

Deyilənləri nəzərə alaraq təklif edirik ki, öncə faizlərin dəyişdirilməsi həyata keçirilsin, çünki subay vətəndaşlarımız üçün müəyyənləşdirilmiş faizlər kifayət qədər sərtdir. Kirayə mənzillər həm də ona görə vacibdir ki, subay vətəndaşlarımız mənzilə sahib olub ailə qura bilsinlər. Amma mövcud şərtlər subay vətəndaşlarımızın mənzilə sahib olmaları üçün xeyli çətinliklər yaradır. Ailəli vətəndaşlarımıza münasibətdə də gəlirliliklə bağlı şərtlər kifayət qədər sərt olduğu üçün onların bu imkandan yararlanması çətinliklərlə müşayiət olunacaq.

Başqa çətinlik məhkumluğu olan vətəndaşlarımızın müraciət edə bilməməsi ilə bağlıdır. Fikrimizcə, bu məhdudiyyət diskriminasiyaya səbəb olur. Çünki hər hansı vətəndaşımız məhkumluq yaşayıbsa və islah olunubsa, həmin vətəndaşın yenidən işləmək, eyni zamanda, mənzilə sahib olmaq hüququ var. Müraciət zamanı məhkumluğun meyar kimi nəzərə alınması arzuolunan deyil. Təklif edirik ki, bu məhdudiyyət tələblərdən çıxarılsın. Məhkumluq həyatı yaşamış vətəndaşlarımıza dəstək olmaq lazımdır ki, onlar yenidən cəmiyyətə inteqrasiya oluna bilsinlər.

Digər tərəfdən, hazırda paytaxda qalan vətəndaşlarımızın böyük bir qismi rayondan Bakıya gələnlərdir. Aparılan monitorinqlər gösətirir ki, həmin şəxslərin böyük bir qismi qeyri-formal məşğulluqda çalışırlar, yəni əmək müqaviləsi bağlanılmadan çalışırlar və ya əmək müqaviləsi baglanılsa da, əmək müqaviləsində məbləğ tam olaraq göstərilmir. Ona görə də daha məqsədəuyğundur ki, qeyri-formal məsğulluq olan vətəndaşlarımızın da məhz bu imkanlardan faydalanmasına imkan yaradılsın. Çünki kirayədə qalan vətəndaşlarımızın bu layihə ilə mənzilə sahib olması vacibdir. Amma onlar öz gəlirlərini rəsmiləşdirə bilmirlər və ya rəsmi gəliri təqdim etməkdə çətinlikləri mövcuddur. Nəzərə alsaq ki, İpoteka və Kredit Zəmanət Fondunun monitorinq aparmaq və bir sıra hallarda kredit verilən zaman zəmanət vermə imkanları var, bu baxımdan təklif edirik ki, yalnız rəsmi əməkhaqqısı olan deyil, həm də qeyri-rəsmi məşğulluqda çalışan vətəndaşlarımızın bu imkanlardan faydalanması üçün mexanizm hazırlansın və mövcud mexanizmləri tətbiq etməklə daha çox vətəndaşımızın, xüsusən də hazırda kirayədə qalan, mənzilə ehtiyacı olan vətəndaşlarımızın bu imkandan faydalanmasına nail olunsun.

Bütün bunları nəzərə alaraq, təklif edirik ki, CESD təklifləri nəzərə alınmaqla kirayə mənzilərə müraciətlə bağlı şərtlərin təkmilləşdirilməsi həyata keçiriləndən sonra layihənin icrasına start verilsin”. 

BakuCity.az

Bakı kirayə mənzillər şərtlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az