Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO

Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO

Paytaxtın uşaq bağçalarında bayram şənlikləri keçirilib

Paytaxt Bakı şəhərinin bütün məktəbəqədər təhsil müəsisələri və uşaq evlərındə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənlikləri təşkil olunub.

Bununla bağlı BakuCity.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən məlumat verilib.

Bağçalarin pedaqoji kollektivləri tərəfindən hazırlanmış şənliklərdə uşaqlar müxtəlif səhnəciklər nümayiş etdib, rəngarəng mahnılar və rəqslər ifa edərək, şeirlər söyləyib, öz məharətlərini göstəriblər.

Şaxta baba, Qar qız və müxtəlif nağıl qəhrəmanlarının qonaq gəlməsi şənlikləri daha da canlandırıb. Körpə fidanların dilindən söylənilən ulu öndərə, Vətənə, xalqa, anaya, məktəbə, bağçaya və yeni ilə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb.

Tədbirlərin sonunda körpə fidanlara hədiyyələr verilib.

Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-1 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-2 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-3 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-4 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-5 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-6 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-7 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-8 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-9 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-10 Bakıda uşaq bağçalarında bayram şənlikləri keçirildi - FOTO, fotoşəkil-11

 BakuCity.az

Bakı Yeni il
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər