Azərbaycanda bayraq istehsal edən şirkət: "Asan proses deyil" - MÜSAHİBƏ

"Ölkədə bayraq istehsalı üzrə üstünlük də bizdədir"

Bakıda fəaliyyət göstərən "Azer Atribut" MMC böyük və kiçik ölçüdə bayraqların istehsalını, bayraq dirəklərinin isə satışını həyata keçirir. Burada, həmçinin şərf, qalstuk, süfrə və s. kimi bir çox məhsulların hazırlanmasını sifariş vermək mümkündür. Müəssisənin əsas məqsədi keyfiyyətli məhsul istehsal etmək, qəbul olunan sifarişləri sifarişçiyə vaxtında təhvil vermək və müştəri məmnunluğudur. Müəssisənin gücü gün ərzində 500 bayraqdır.

BakuCity.az şirkətin fəaliyyəti ilə bağlı daha geniş məlumat əldə etmək üçün müəssisənin icraçı direktoru Məlahət Kəlbiyeva ilə həmçöhbət olub.

- Zəhmət olmasa, "Azer Atribut" barədə ətraflı məlumat verərdiniz.

- Şirkət 10 ildir fəaliyyət göstərir. 2019-cu ilin aprel ayından isə “Azer Atribut” MMC kimi tanınır. Bir çox güc strukturlarının bayraqlarının layihələrinin işlənib hazırlanmasında iştirak edib, nümunələrini hazırlayıb və  müqavilə bağlayıb. Şirkət hər il parça üzərində çap üçün yeni avadanlıqlarla təchiz olunur. Hazırda ölkədə bayraq istehsalı üzrə üstünlük də bizdədir. İstehsal etdiyimiz məhsullar arasında dövlət bayrağı ilə yanaşı, güc strukturlarının bayraqları, özəl şirkətlərin bayraqları, şərflər, qalstuklar, süfrələr hazırlanır, ümumiyyətlə, yarısintetik parça üzərində istənilən zövqə uyğun olaraq çap işləri görülür. Çap avadanlıqları Yaponiyanın “Mimaki”, kalandr, ütü və sublim sistemləri Koreyanın “Lider” avadanlıqları, pres aparatları isə ABŞ-ın “Adkins” firmasınındır. Şirkət hər il istehsal prosesi üzrə aidiyyəti qurumlardan sertifikat alır. Müəssisə 2018-2019-cu illərdə AD print şirkətinin təşkil etdiyi sərgidə Azərbaycanda ilk dəfə bayraq sərgisini nümayiş etdirib. Həmin sərgidə məhsullarımıza böyuk maraq olduğunu hiss etdik.

- İl ərzində təqribən nə qədər sifariş alırsınız?

- Əsasən Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi və bir çox qurumlarla işləyirik. Bələdiyyə seçkiləri üçün lazım olan bayraqları biz hazırlamışıq. Hazırda Dövlət Sərhəd Xidmətinin yeni bayraq şdandartları üzərində iş gedir, nümunələr hazırlanır. Həmçinin “Azərkosmos” ASC ilə müqavilə bağlamaq üçün danışıqlar gedir.

Ümumiyyətlə, bayraq istehsalı heç də asan proses deyil. Bir sifarişin yerinə yetirilməsi üçün bütün standartlara, keyfiyyətə nəzarət olunmalıdır. Otaq üçün bayraqlar ayrıdır, çöl üçün ayrı. Biz müştəridən həmişə məhsulu harada istifadə üçün istədiyini soruşub sonra işə başlayırıq. Bayırda asmaq üçün nəzərdə tutulan bayrağın materialı fərqli olur, bundan əlavə, uclarına xüsusi gücləndirici parça və tikiş vurulur, hazır məhsul tək-tək ütülənir. Bizim bir üstünlüyümüz də ondadır ki, müştərilərimizin sifarişlərindən vaxta görə imtina etmirik, onlar nə zaman nə qədər bayraq istəsələr, təhvil verib, sonra işimizi bitiririk. Bu da ona görə mümkün olur ki, kollektivimizdə hər kəs öz işini çox sevir. Həmçinin avadanlıqlarımızın say etibarilə çox olması bizə bu işdə üstünlük qazandırır. Birində problem yarananda digəri ilə çalışırıq.

- Xaricdən sifariş alırsınız?

- Xarici bazarlara hələ tam çıxış əldə etməmişik, amma müəyyən şirkətlərin vasitəsilə bəzi xarici ölkələrin qurumlarından sifariş alırıq. Bu yaxınlarda Qətər üçün bayraq istehsal etdik. Türkiyədə də bayraq istehsalı ilə məşğul olan şirkətlər var ki, başqa ölkələrdən aldıqları sifarişləri bizə həvalə edirlər.

- Belə çıxır ki, Türkiyədə kifayət qədər keyfiyyətli bayraq istehsalçısı yoxdur?

- Deməzdim ki, yoxdur. Orada da bayraq istehsalçıları çoxdur, amma hər istehsalçı keyfiyyətli məhsul təqdim edə bilmir. Bir dəfə bizim istehsal etdiyimiz bayrağı aparıb Türkiyədə istehsalçıdan məhz bu keyfiyyətdə bayraq istəmişdilər, istehsalçı isə bayrağa baxıb demişdi ki, bu cür istehsal etsələr, birini 150 avrodan satacaqlar. Həmin istehsalçılar öz maraqlarına güc gələ bilməyib, buraya da gəlmişdilər. İstehsal prosesimizi onlara göstərdik. Onlar da Türkiyədə hər fabrikdə bu şəraitin olmadığını etiraf etdilər. Bizim istehsal etdiyimiz bayraqların rəng dözümlülüyü 4-5 bal civarındadır. Bu, Bakının küləyinə, dənizkənarı ərazilərdə rütubətə və digər şəraitlərə dözümlülük baxımından kifayət edir. Hətta bir bayrağı 3-4 dəfə yumaq mümkündür.

- Sirr deyilsə, müəssisənin neçə işçisi var?

- Fəaliyyətə 3 nəfərlə başlamışıq, hazırda isə 15 nəfərə yaxın heyətimiz var, amma əsas işi müasir texnologiya görür. Çox istərdik ki, bayraqla yanaşı, bayraq dirəklərini də biz istehsal edək, amma hələ ki mümkün deyil. Bayraq istehsal etdiyimiz üçün bizə dirəkləri də sifariş verirlər, biz isə dirəkləri xaricdən alırıq.

- Növbəti ildə hansı sərgilərdə iştirak edəcəksiniz? 

- 2020-ci ildə isə Müdafiə Sənayesi Nazirliyinin 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində bizim də stendimiz olacaq. Ölkədə ilk dəfə olaraq bayraq sərgisində biz iştirak etmişik.

Ümumiyyətlə, bilməyənlər üçün deyim ki, ölkədə 200-dən artıq bayraq növü var. Buraya xanlıqların bayraqları, güc strukturlarının müxtəlif çeşidli bayraqları, hərbi dəniz, hərbi hava, quru qoşunlarının bayraqları və s. aiddir. Yəni müxtəlif və çoxçeşidli bayraqlar var və biz bu bayraqların istehsalı ilə məşğuluq. Misal üçün, güc qurumlarının bayraqlarının, demək olar, 99%-nin lahiyələri bizim iştirakımızla hazırlanıb. Sərgidə iştirak etmək məqsədimiz də gördüyümüz işi nümayiş etdirmək və bu yolla bir növ bayrağın təbliğatını aparmaqdır.

- Bəs xarici sərgilərdə iştirak edirsiniz?

- Əməkdaşlarımız xarici olkələrdə keçirilən sərgilərdə tez-tez iştirak edir, orada yeni istehsalçılarla tanış olur və xammalın alışı üçün keyfiyyətli istehsalçı firmaları seçirlər.

Çox istərdik ki, 2020-ci ildə yanvarın 6-dan 10-dək Almaniyanın Düsseldof şəhərində keçiriləcək sərgiyə də qatılaq. Bundan əlavə, mart ayında Madriddə kçiriləcək “FESPA Global Print Expo 2020” sərgisinə dəvət almışıq.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı bayraq istehsal sifariş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az
Biznes
AQTA normadan artıq şəkər istehlakının təhlükələri barədə xəbərdarlıq edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) normadan artıq şəkər istehlakının immun sisteminə mənfi təsiri barədə maarifləndirici məlumat hazırlayıb.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir.  Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımd...
Cəmiyyət
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb. BDYPİ-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Qu...