Bakının 6 yaşayış massivində qazlaşdırma işləri tamamlanıb

Bakının 6 yaşayış massivində qazlaşdırma işləri tamamlanıb

Qazlaşdırma işləri 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq

Dekabrın 29-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair mətbuat konfransı keçirib.

BakuCity.az-ın məlumatına görə, konfransdan R.Əliyev bildirib ki, bu ilin qazlaşdırma proqramı ölkə üzrə ümumilikdə 14 227 fərdi yaşayış evini əhatə edib.

2019-cu ildə Bakı şəhəri üzrə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Qazlaşdırma proqramı 4607 fərdi evi əhatə edir. Həmin massivlərdən 6-da qazlaşdırma işləri tamamlanıb. Digər massivlərdə qazlaşdırma işləri 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq. Bununla da ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb.

Müqayisə üçün Azərbaycanda qazlaşdırma səviyyəsi 01.01.2010-cu il tarixə olan məlumata görə 62,2% təşkil edirdi. Hazırda bu göstəricidə 33,8% artım var.

O da qeyd edilib ki, çoxmərtəbəli binaların istismara qəbulu sahəsində də ciddi addımlar atılıb. 2019-cu ilin 11 ayında 340 binaya qaz verilişi icra olunub. Bir çox şəhid ailəsi və Qarabağ qazilərinin müraciətləri müsbət həll edilib. İstixana sahibləri ilə 3 dəfə (Şəmkir rayonu, Bakı şəhərinin Xəzər rayonu və Salyan rayonu) görüş keçirilib. Onların qaldırdıqları bir sıra problemlər həll olunub.

Bakının 6 yaşayış massivində qazlaşdırma işləri tamamlanıb, fotoşəkil-1 Bakının 6 yaşayış massivində qazlaşdırma işləri tamamlanıb, fotoşəkil-2 Bakının 6 yaşayış massivində qazlaşdırma işləri tamamlanıb, fotoşəkil-3

BakuCity.az

Bakı qazlaşdırma "Azəriqaz"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər