Xorvatiyalı futbolçu Bakı klubunda

Xorvatiyalı futbolçu Bakı klubunda

100 min avro transfer haqqı ödənilib

"Sabah" heyətinə yeni futbolçu qatıb.

BakuCity.az Fanat.az-a istinadən xəbər verir ki, Bakı klubu Mario Marinanı transfer edib. 30 yaşlı bosniyalı dayaq yarımmüdafiəçisinin keçidi yaxın günlərdə rəsmən açıqlanacaq.

Xorvat həmkarlarımız "Qoritsa"dan transfer olunan futbolçunun illik gəlirinin 250 min avro (475 min manat) olduğunu yazıb. "Transfermarkt" isə onun üçün "Qoritsa"ya 100 min avro (190 min manat) transfer haqqı ödənildiyini qeyd edib.

Qeyd edək ki, M.Marinan bu mövsüm "Qoritsa"nın heyətində 17 rəsmi oyuna çıxıb O, əvvəllər Xorvatiyanın "Dinara", "Zaqora", "Lmotski", "Hrka Lozovac", "Sibelnik", Bosniyan və Hersoqavinanın "Şiroki Brieq" klublarında çıxış edib.

BakuCity.az

Bakı xorvat futbolçu transfer
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər