Bakıda müəllimlər ayda nə qədər qazanırlar?

Bakıda müəllimlər ayda nə qədər qazanırlar?

943 nəfər daimi əsaslarla işə qəbul olunub

2019-cu ildə Bakı Şəhəri Təhsil İdarəsinə (BŞTİ) işə qəbul üzrə 1442 vakansiya təqdim olunub.

İdarədən BakuCity.az-a verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.

Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 943 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bunlardan 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində; 274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində; 255 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 563 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.

BakuCity.az

Bakı müəllimlər maaş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər