Terminallar gücləndirilmiş rejimdə çalışacaq
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı gücləndirilmiş rejimdə işləyəcək.
Limandan BakuCity.az-a verilən məlumata görə, bayram günlərində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı Limanının xidmətlərindən istifadə edən həm ağır yük sahibi TIR sürücülərinin, həm də sərnişinlərin sürətli keçidinin təmin edilməsi məqsədilə Ro-Ro tipli gəmilər və sərnişin terminalları gücləndirilmiş iş rejiminə keçəcək.
BakuCity.az